https://sputnik.az/20210801/rdoan-Qaribaviliy-trfli-mexanizm-liderlr-sviyysind-canlandrlmaldr-427600198.html
Ərdoğan Qaribaşviliyə: Üçtərəfli mexanizm liderlər səviyyəsində canlandırılmalıdır
Ərdoğan Qaribaşviliyə: Üçtərəfli mexanizm liderlər səviyyəsində canlandırılmalıdır
Sputnik Azərbaycan
Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib. 01.08.2021, Sputnik Azərbaycan
2021-08-01T23:39+0400
2021-08-01T23:39+0400
2021-11-16T20:28+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516058_0:0:2897:1631_1920x0_80_0_0_0fcb8d95041c47c7aedca4529f8693f6.jpg
BAKI, 1 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.Sputnik Türkiyə xəbər verir ki, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradzenin strateji tərəfdaşlarla münasibətlərə dair suallarını cavablandırarkən deyib ki, Türkiyə Gürcüstanın strateji tərəfdaşı və bir nömrəli ticarət tərəfdaşıdır."Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iqtisadi-ticari əlqələrin daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub. Bu əlaqələrdə müsbət dinamika müşahidə edilir. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək istəyirik və bu yaxın illər üçün bizim vəzifələrimizdən biri olmalıdır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq", - o, deyib. İ.Qaribaşvili bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsinin planlaşdırıldığını qeyd edib.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516058_128:0:2859:2048_1920x0_80_0_0_799c0c04afa6ceba9d8357f69bc6754b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər, dünya
Ərdoğan Qaribaşviliyə: Üçtərəfli mexanizm liderlər səviyyəsində canlandırılmalıdır
23:39 01.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.
BAKI, 1 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.
Sputnik Türkiyə xəbər verir ki, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.
Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.
Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradzenin strateji tərəfdaşlarla münasibətlərə dair suallarını cavablandırarkən deyib ki, Türkiyə Gürcüstanın strateji tərəfdaşı və bir nömrəli ticarət tərəfdaşıdır.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iqtisadi-ticari əlqələrin daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub. Bu əlaqələrdə müsbət dinamika müşahidə edilir. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək istəyirik və bu yaxın illər üçün bizim vəzifələrimizdən biri olmalıdır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq", - o, deyib.
İ.Qaribaşvili bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsinin planlaşdırıldığını qeyd edib.