https://sputnik.az/20210801/Trkiy-Yunanstana-nota-verdi-Qatillrin-taplb-czalandrlmasn-tlb-edirik-427598736.html
Türkiyə Yunanıstana nota verdi: Qatillərin tapılıb cəzalandırılmasını tələb edirik!
Türkiyə Yunanıstana nota verdi: Qatillərin tapılıb cəzalandırılmasını tələb edirik!
Sputnik Azərbaycan
Türkiyə XİN hadisə ilə bağlı məlumat verilməsini, qatil və ya qatillərin tapılaraq cəzalandırılmasını, belə halların təkrarlanmasının qarşısının alınması üçün... 01.08.2021, Sputnik Azərbaycan
2021-08-01T16:23+0400
2021-08-01T16:23+0400
2021-11-16T20:28+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426256676_0:0:3072:1738_1920x0_80_0_0_f63013c53834a7f19b934ebbf8c20351.jpg
BAKI, 1 avqust - Sputnik. Türkiyə Ədirnədə Yunanıstandan açılan atəş nəticəsində bir vətəndaşının öldürülməsi ilə bağlı qarşı tərəfə nota verib.Sputnik Türkiyə xəbər verir ki, Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.Türkiyə XİN hadisə ilə bağlı məlumat verilməsini, qatil və ya qatillərin tapılaraq cəzalandırılmasını, belə halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 19:20-də baş verib. Yunanıstan tərəfindən açılan atəş nəticəsində 1 türk vətəndaşı həlak olub.Hadisənin təfərrüatıƏdirnənin Meriç rayonunun Yunanıstanla sərhəddə yerləşən Adasarhanlı kəndinin sakini, 43 yaşlı Mehmet Durgun öldürülüb. O, Meriç çayı üzərində yerləşən adacıqda Yunanıstan tərəfdən mülki geyimli şəxsin tapançadan açdığı atəş nəticəsində həyatını itirib. İddiaya görə, Mehmet Durgun dostu S.Ş. ilə birlikdə qanunsuz miqrantların çayı keçmək üçün istifadə etdikdən sonra atıb getdiyi qayıqları almaq üçün Meriç çayı üzərindəki adacığa gedib. Bu zaman yunanlar tərəfdə olan mülki şəxslərlə Mehmet Durgun və dostu arasında mübahisə yaranıb.Nəticədə Yunanıstan tərəfdən atəş açılıb və Mehmet Durgun üzünə dəyən güllə nəticəsində hadisə yerindəcə keçinib. Durgunun dostu S.Ş. isə kəndə qayıdaraq hadisəni səlahiyyətli şəxslərə bildirib. Bölgəyə gedən sərhəd-mühafizə xidmətinin əməkdaşları Durgunun cəsədini götürərək Meriç Dövlət Xəstəxanasının morquna aparıblar.İfadə verərkən içkili olan S.Ş. hadisə baş verən zaman Yunanıstan sərhəddini keçmədiklərini deyib. O, qeyd edib ki, Meriç çayı üzərindəki adacıqda olan qayıqları götürərkən yunanların hücumuna məruz qalıblar. Onların açdığı atəş nəticəsində dostu ölüb, özü isə qaçaraq canını qurtarıb. Meriç prokurorluğunda hazırda hadisə ilə bağlı araşdırma aparılır.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426256676_0:0:3072:1930_1920x0_80_0_0_104c209d44a59010c6291975ee5a547c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Türkiyə Yunanıstana nota verdi: Qatillərin tapılıb cəzalandırılmasını tələb edirik!
16:23 01.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Türkiyə XİN hadisə ilə bağlı məlumat verilməsini, qatil və ya qatillərin tapılaraq cəzalandırılmasını, belə halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.
BAKI, 1 avqust - Sputnik. Türkiyə Ədirnədə Yunanıstandan açılan atəş nəticəsində bir vətəndaşının öldürülməsi ilə bağlı qarşı tərəfə nota verib.
Sputnik Türkiyə xəbər verir ki, Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.
Türkiyə XİN hadisə ilə bağlı məlumat verilməsini, qatil və ya qatillərin tapılaraq cəzalandırılmasını, belə halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 19:20-də baş verib. Yunanıstan tərəfindən açılan atəş nəticəsində 1 türk vətəndaşı həlak olub.
Ədirnənin Meriç rayonunun Yunanıstanla sərhəddə yerləşən Adasarhanlı kəndinin sakini, 43 yaşlı Mehmet Durgun öldürülüb. O, Meriç çayı üzərində yerləşən adacıqda Yunanıstan tərəfdən mülki geyimli şəxsin tapançadan açdığı atəş nəticəsində həyatını itirib.
İddiaya görə, Mehmet Durgun dostu S.Ş. ilə birlikdə qanunsuz miqrantların çayı keçmək üçün istifadə etdikdən sonra atıb getdiyi qayıqları almaq üçün Meriç çayı üzərindəki adacığa gedib. Bu zaman yunanlar tərəfdə olan mülki şəxslərlə Mehmet Durgun və dostu arasında mübahisə yaranıb.
Nəticədə Yunanıstan tərəfdən atəş açılıb və Mehmet Durgun üzünə dəyən güllə nəticəsində hadisə yerindəcə keçinib.
Durgunun dostu S.Ş. isə kəndə qayıdaraq hadisəni səlahiyyətli şəxslərə bildirib. Bölgəyə gedən sərhəd-mühafizə xidmətinin əməkdaşları Durgunun cəsədini götürərək Meriç Dövlət Xəstəxanasının morquna aparıblar.
İfadə verərkən içkili olan S.Ş. hadisə baş verən zaman Yunanıstan sərhəddini keçmədiklərini deyib. O, qeyd edib ki, Meriç çayı üzərindəki adacıqda olan qayıqları götürərkən yunanların hücumuna məruz qalıblar. Onların açdığı atəş nəticəsində dostu ölüb, özü isə qaçaraq canını qurtarıb.
Meriç prokurorluğunda hazırda hadisə ilə bağlı araşdırma aparılır.