https://sputnik.az/20210801/Rusiya-sfirliyinin-mvqqti-ilr-vkili-XN--arld-Azrbaycan-Rusiyaya-nota-verdi-427598358.html
Səfirliyin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı: Azərbaycan Rusiyaya nota verdi
Səfirliyin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı: Azərbaycan Rusiyaya nota verdi
Sputnik Azərbaycan
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın dövlətçiliyi və rəhbərliyi... 01.08.2021, Sputnik Azərbaycan
2021-08-01T14:20+0400
2021-08-01T14:20+0400
2021-08-01T20:41+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/40379/95/403799516_0:187:1800:1200_1920x0_80_0_0_eeedff85155d42a4302108f7ae7c5d03.jpg
BAKI, 1 avqust - Sputnik. 1 avqust 2021-ci il tarixində Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat daxil olub.Görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.Sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40379/95/403799516_101:0:1701:1200_1920x0_80_0_0_8bde9d4e10a70f04b687597f6eabdc2f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Səfirliyin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı: Azərbaycan Rusiyaya nota verdi
14:20 01.08.2021 (Yenilənib: 20:41 01.08.2021) Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etiraz bildirilib.
BAKI, 1 avqust - Sputnik. 1 avqust 2021-ci il tarixində Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.
Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat daxil olub.
Görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.
Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.
Sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.