https://sputnik.az/20210801/Koronavirusla-bal-ok-iddia-Bu-virus-2013-c-ildn-mvcuddur-427597720.html
Koronavirusla bağlı şok iddia: Bu virus 2013-cü ildən mövcuddur
Koronavirusla bağlı şok iddia: Bu virus 2013-cü ildən mövcuddur
Sputnik Azərbaycan
İsveçrəli alim deyib ki, virusla bağlı nəşrlər, dissertasiyalar Uhan laboratoriyalarında çalışan insanlar tərəfindən hazırlansa da, sonradan yoxa çıxıb. 01.08.2021, Sputnik Azərbaycan
2021-08-01T12:15+0400
2021-08-01T12:15+0400
2021-08-01T12:08+0400
xəbərlər
səhiyyə
cəmiyyət
elm
https://cdnn1.img.sputnik.az/img/07e4/09/19/425022566_0:308:3077:2047_1920x0_80_0_0_f9175ad178709aed495fb91aa266a7c1.jpg
BAKI, 1 avqust - Sputnik. Cenevrə Tibb Universitetinin yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti şöbəsinin müdiri Didye Pitte SARS-CoV-2 virusunun 2013-cü ildən mövcud ola biləcəyi ehtimalını irəli sürüb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Didye Pittenin sözlərinə görə, 2013-cü ildə Çinin Ubey vilayətinin Uhan şəhərindən təxminən 1100 kilometr aralıda speleoloqlar tərəfindən araşdırılan mağaralarda “COVID -96” virusuna çox oxşar yoluxucu virus aşkarlanıb.Lakin mağarada çalışan insanların bu virusa yoluxub-yoluxmadığı məlum deyil."Qaranlıq qalan məsələ sözügedən virusun Uhan laboratoriyalarından biri tərəfindən aşkarlanıb-aşkarlanmamasıdır. Lakin bu, koronavirusun laboratoriyada yaradıldığı anlamına gəlmir", - deyə isveçrəli mütəxəssis bildirib. Bütün bunlara baxmayaraq D.Pitte hesab edir ki, Çin oxşar bir virusun hələ 2013-cü ildə aşkar edildiyini gizlətməyə çalışıb."Sözügedən virusla bağlı nəşrlər, dissertasiyalar bu laboratoriyalarda çalışan insanlar tərəfindən hazırlanıb. Ancaq həmin dissertasiyalar sonradan yoxa çıxıb. Bu məqam bir az narahatlıq doğurur”, - Pitte deyib .Alimin sözlərinə görə, hələ 2019-cu ildə Çində keçirilən hərbi Olimpiya Oyunlarına qatılan idmançılar arasında koronavirusa bənzər bir xəstəliyin yayılması əlamətləri var idi.Koronavirusun yayılmasının əsas səbəbkarı kimdir? Koronavirus yayılmağa başlayandan Böyük Britaniyanın The Lancet tibbi jurnalının patogenin insandan insana keçməsini təsdiqləyən elmi işlərə eksklüziv çıxışı olub, lakin bunu gizlədib. Bu barədə Daily Mail nəşri Wellcome Trust-ın direktoru, tibbi tədqiqatçı Ceremi Farraranın kitabına istinadən yazıb.Farraranın fikrincə, pandemiya başlayanda The Lancet-ə məlum olan informasiya yoluxmanın artımının qarşısını ala və milyonlarla insanın həyatını xilas edə bilərdi. Lakin jurnalın redaktorları "hər saniyənin böyük mənası olan vaxtda" çinli səhiyyə işçilərin ilk tədqiqatlarını dərc etməyiblər və aparıcı epidemioloqların məsləhətlərinə qulaq asmayıblar.Ferrara deyir ki, virusun simptomsuz daşıyıcılar vasitəsilə yayıla biləcəyinə dair sübutlar da jurnal tərəfindən çap edilməyib: "Dünya dərhal bu barədə bilməli idi. Xəstəliyin yayılması zamanı sürət bəlkə də ən vacib şeydir".Tədqiqatçı qeyd edir ki, Çində yeni virus təhlükəsi barədə artıq 2019-cu ilin sonunda Uhan şəhərində ilk yoluxma halları qeydə alınanda danışmağa başlayıblar: "Belə görünür ki, The Lancet bu məlumatı yaymaq istəməyən ÇXR rəsmilərinin təzyiqi altında olub".Koronavirus bəlasıXatırladaq ki, hazırda, demək olar ki, bütüm dünyanı cənginə alan koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/19/425022566_0:112:3077:2047_1920x0_80_0_0_7854ffcc30deec3c9ec88497c451dfef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Koronavirusla bağlı şok iddia: Bu virus 2013-cü ildən mövcuddur
İsveçrəli alim deyib ki, virusla bağlı nəşrlər, dissertasiyalar Uhan laboratoriyalarında çalışan insanlar tərəfindən hazırlansa da, sonradan yoxa çıxıb.
BAKI, 1 avqust - Sputnik. Cenevrə Tibb Universitetinin yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti şöbəsinin müdiri Didye Pitte SARS-CoV-2 virusunun 2013-cü ildən mövcud ola biləcəyi ehtimalını irəli sürüb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Didye Pittenin sözlərinə görə, 2013-cü ildə Çinin Ubey vilayətinin Uhan şəhərindən təxminən 1100 kilometr aralıda speleoloqlar tərəfindən araşdırılan mağaralarda “COVID -96” virusuna çox oxşar yoluxucu virus aşkarlanıb.
Lakin mağarada çalışan insanların bu virusa yoluxub-yoluxmadığı məlum deyil.
"Qaranlıq qalan məsələ sözügedən virusun Uhan laboratoriyalarından biri tərəfindən aşkarlanıb-aşkarlanmamasıdır. Lakin bu, koronavirusun laboratoriyada yaradıldığı anlamına gəlmir", - deyə isveçrəli mütəxəssis bildirib.
Bütün bunlara baxmayaraq D.Pitte hesab edir ki, Çin oxşar bir virusun hələ 2013-cü ildə aşkar edildiyini gizlətməyə çalışıb.
"Sözügedən virusla bağlı nəşrlər, dissertasiyalar bu laboratoriyalarda çalışan insanlar tərəfindən hazırlanıb. Ancaq həmin dissertasiyalar sonradan yoxa çıxıb. Bu məqam bir az narahatlıq doğurur”, - Pitte deyib .
Alimin sözlərinə görə, hələ 2019-cu ildə Çində keçirilən hərbi Olimpiya Oyunlarına qatılan idmançılar arasında koronavirusa bənzər bir xəstəliyin yayılması əlamətləri var idi.
Koronavirusun yayılmasının əsas səbəbkarı kimdir?
Koronavirus yayılmağa başlayandan Böyük Britaniyanın The Lancet tibbi jurnalının patogenin insandan insana keçməsini təsdiqləyən elmi işlərə eksklüziv çıxışı olub, lakin bunu gizlədib. Bu barədə Daily Mail nəşri Wellcome Trust-ın direktoru, tibbi tədqiqatçı Ceremi Farraranın kitabına istinadən yazıb.
Farraranın fikrincə, pandemiya başlayanda The Lancet-ə məlum olan informasiya yoluxmanın artımının qarşısını ala və milyonlarla insanın həyatını xilas edə bilərdi. Lakin jurnalın redaktorları "hər saniyənin böyük mənası olan vaxtda" çinli səhiyyə işçilərin ilk tədqiqatlarını dərc etməyiblər və aparıcı epidemioloqların məsləhətlərinə qulaq asmayıblar.
Ferrara deyir ki, virusun simptomsuz daşıyıcılar vasitəsilə yayıla biləcəyinə dair sübutlar da jurnal tərəfindən çap edilməyib: "Dünya dərhal bu barədə bilməli idi. Xəstəliyin yayılması zamanı sürət bəlkə də ən vacib şeydir".
Tədqiqatçı qeyd edir ki, Çində yeni virus təhlükəsi barədə artıq 2019-cu ilin sonunda Uhan şəhərində ilk yoluxma halları qeydə alınanda danışmağa başlayıblar: "Belə görünür ki, The Lancet bu məlumatı yaymaq istəməyən ÇXR rəsmilərinin təzyiqi altında olub".
Xatırladaq ki, hazırda, demək olar ki, bütüm dünyanı cənginə alan koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.