Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Professor: “Arxayınlığa qapılmadan müəyyən preventiv tədbirləri görməliyik”

© Photo : ARB TVВрач Адиль Гейбулла
Врач Адиль Гейбулла - Sputnik Azərbaycan, 1920, 31.07.2021
Abunə olmaq
Professor, həkim Adil Qeybulla bildirib ki, Azərbaycanın qonşuluğunda olan ölkələrdə də epidemioloji vəziyyət getdikcə pisləşir
Adil Qeybulla: “Bu virusun mutasiyalarının hər biri fərqli davranış sərgiləyir”

Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır. Bəs yoluxma sayının artması yenidən karanatin tədbirlərinin tətbiq edilməsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan professor, həkim Adil Qeybulla bildirib ki, yoluxma sayının artması təbiidir: “Hazırda toylarda, restoranlarda və digər ictimai iaşə obyektlərində geniş təmaslar var. Nəzərə almaq lazımdır, ki “Delta” ştammı 100-dən artıq ölkədə yayılıb. Eyni zamanda Azərbaycanın qonşuluğunda olan ölkələrdə də epidemioloji vəziyyət getdikcə pisləşir. Bu baxımdan yoluxmaların artımı bizdə də gözlənilən idi. İnsanlar virusa qarşı immunitet qazanır, müəyyən qism artıq vaksinasiya olunub. Ancaq unutmamalıyıq ki, bu virusun mutasiyalarının hər biri fərqli davranış sərgiləyir. O baxımdan, arxayınlığa qapılmadan müəyyən preventiv tədbirləri görməliyik”.

Adil Qeybullanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0