CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nabranda turistlərin xəstələnməsi üçün hər cür şərait var, sağalması üçünsə yoxdur

© Sputnik / Kamilla AliyevaЗа редким исключением во всех туристических объектах Набрани сервис абсолютно не соответствует цене
За редким исключением во всех туристических объектах Набрани сервис абсолютно не соответствует цене - Sputnik Azərbaycan, 1920, 31.07.2021
Abunə olmaq
Azərbaycanın ən böyük istirahət mərkəzlərindən biri olan Nabranla bağlı narazılıqların sayı-hesabı yoxdur, lakin əsas məsələ aptekdir.

BAKI, 31 iyul — Sputnik. Azərbaycanın ən çox turist axını olan istirahət zonalarından biri də Nabrandır. Burada dincələn turistlər çoxsaylı problemlərlə qarşılaşırlar. Lakin əsas problem böyük əraziyə və kifayət qədər əhaliyə malik olan turistik məkanda bir dənə aptekin olmamasıdır.

Ağdam rayon sakini Könül Ramazanova illərdir yay tətilini burada keçirir. Amma hələ də aptek probleminin həll edilməməsindən narazıdır:

"Biz on ilə yaxındır ki, yay mövsümünü Nabranda keçiririk. Hər dəfə bura gələndə ümid edirik ki, insanlar üçün vacib olan aptek problemi həllini tapacaq. Lakin təəssüflər olsun ki, hələ də bu problem öz həllini tapmayıb. Adətən həyat yoldaşım uşaqlarla bizi burda qoyub özü iş dalınca paytaxta qayıdır. Burada maşınımız olmadığından, kimsə xəstələnəndə, mütləq taksi tutub Xudata getmək məcburiyyətində qalırıq. Adi bir ağrıkəsici almaq üçün 10-15 manatdan keçib rayona taksi ilə gedirik. Axı bu, həlli mümkün olmayan məsələ deyil. Turizm obyektləri tikənlər niyə heç fikirləşməyiblər ki, bura gələn turistin başı, qarşı ağrıya bilər, zəhərlənə bilər və s."

Paytaxt sakini Nazim Sadıqov da Nabranda aptekin olmamasına təəccüblə yanaşanlardandır. Onun sözlərinə görə, buradakı istirahət mərkəzləri turistlərin hesabına yaxşı gəlir əldə edirlər. Lakin onlar xidmətin təşkili barədə təsəvvürlərə malik deyillər. Onlar başa düşmürlər ki, turist üçün komfortlu şəraitlə yanaşı səhhəti, təhlükəsizliyi də vacibdir.

"Müşahidələrimə əsasən deyə bilərəm ki, bura gün ərzində minlərlə insan gəlir. Biz hər il bura gələndə, hava dəyişdiyimizdən uşaqlar naxoşlayır. Bu səbəbdən də məcbur olub özümüzlə dava-dərman daşıyırıq. Çünki bu boyda istirahət mərkəzində bir dənə də olsun aptek yoxdur. Bir dərman lazım olanda, 20-25 km məsafəni qət edib rayon mərkəzinə getməli oluruq. Rayon icra nümayəndəliyi bu məsələni həll etməlidir. Çünki bura gələnlərin çoxu azyaşlı uşaqlarla gəlir və aptekin olmaması böyük problemlər yaradır".

Nabran kənd icra nümayəndəsi Nəzakət İskəndərova Sputnik Azərbaycan-a bu problemdən xəbərdar olduğunu, onun həll istiqamətində əlindən gələni etdiyini deyib:

"Bu problem uzun illərdir ki mövcuddur. Bununla bağlı dəfələrlə yerli səlahiyyətli orqanlara müraciət etmişəm. İmkanlı şəxslərə də təklif etmişik ki, burada aptek açsınlar. Müraciət etdiyimiz şəxslər lisenziyanın çox baha başa gəldiyini və çətin proses olduğunu bildirərək aptek açmaq istəmirlər. Əlbəttə ki, aptekin olması təkcə turistlər üçün deyil, yerli sakinlər üçün də vacibdir. Ümid edirik ki, yaxın zamanda səsimizə səs verən tapılacaq və Nabranda aptek fəaliyyətə başlayacaq".

Həmçinin oxuyun:

Nabran yaxınlığındakı meşə zolağında yanğın belə söndürüldü - VİDEO

Ekspertlər: Azərbaycan turizm infrastrukturuna görə Xəzər regionunda birinci yerdədir

Xəbər lenti
0