Zəfər yolunun sentyabrdan tam istifadəyə verilməsi nəzərdə tutulur

© Azerbaijan Highway State AgencyZəfər Yolunun asfaltlanması işlərinə başlanılıb
Zəfər Yolunun asfaltlanması işlərinə başlanılıb - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Fərid Yusubovun sözlərinə görə, ümumi uzunluğu 101 metr olan "Zəfər yolu" Füzuli ilə Şuşa arasında nəqliyyat əlaqəsi yaradacaq.

BAKI, 30 iyul — Sputnik. "Zəfər yolu" Füzuli ilə Şuşa arasında nəqliyyat əlaqəsi yaradacaq. Yolun ümumi uzunluğu 101 km təşkil edir.

Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Fərid Yusubov bildirib. Onun sözlərinə görə, yol, 2-ci texniki dərəcəyə uyğun olaraq tikilir:

"Burada hərəkət hissəsi 2 zolaqdan ibarət olaraq 7 metr, torpaq yatağının eni isə 11-12 m arası dəyişir. Yol üzərində 168 ədəd ümumi uzunluğu 3864 m təşkil edən müxtəlif diametrli suötürücü borular quraşdırmışıq. Bundan əlavə, yeraltı keçidlər də quraşdırılıb. Eyni zamanda, 4 ədəd körpünün tikintisi aparılır və yekunlaşmaq üzrədir. Bunların da ümumi uzunluğu 351 m təşkil edir. Yol boyu dağlıq ərazidən keçən hissələrdə 11 yerdə 1423 m uzunluğunda istinad divarları tikilir ki, bu da gələcəkdə yolda təhlükəsizliyi təmin edəcək".

F.Yusubov deyib ki, yolda torpaq yatağı demək olar ki, tamamilə başa çatıb: "Hazırda yolun əvvəlindən 0-20-ci km hissəsində asfalt beton döşənilib. Burada dayandığımız yer 40-cı km-dir. Artıq 40-45-ci km hissədə də asfalt beton döşənib. Yolun sentyabrdan tam istifadəyə verilməsi nəzərdə tutulur".

Xəbər lenti
0