Ölkəmizdə nə qədər insan alveri qurbanı var?

© Depositphotos.com / KmiragayaПлачущая девочка
Плачущая девочка - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma hallarında da azalmalar olub, 2005-ci ildə bu rəqəm 5 olubsa, 2020-ci ildə 4 olub.

BAKI, 30 iyul — Sputnik. 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə istinadən son 15 ildə insan alveri cinayətləri ilə bağlı Azərbaycandakı son vəziyyətə nəzər yetirib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 2005-2020-ci illərə dair hesabatına görə, insan alveri ilə bağlı cinayətlərlə mübarizə işinin vəziyyətinə dair statistik məlumatlarda cinayət faktlarının cəmində artım qeydə alınıb. Belə ki, 2005-ci ildə bu rəqəm 162 olubsa, 2020-ci ildə 282 olub.

Cinayət növlərinə görə statistikaya nəzər yetirdikdə isə, 2005-ci ildə 1 insan alveri cinayəti qeydə alınmışdısa, 2020-ci ildə bu rəqəm 155 olub. Fahişəliyə cəlbetmə hallarına gəlincə, 2005-ci ildə 54 belə hal qeydə alınmışdısa, 2020-ci ildə bu rəqəm 49 olub. Yetkinlik yaşına çatmayanı fahişəliyə cəlbetmə halları isə 2005-ci ildə 4, 2020-ci ildə isə 1 olub. 2005-ci ildə 93 əxlaqsızlıq yuvası aşkarlanıb, 2020-ci ildə isə bu rəqəm 21-ə enib. Seksual xarakterli hərəkətlərə məcburetmə halı 2005-ci ildə 5, 2020-ci ildə isə 4 olub.

Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma hallarında da azalmalar olub, 2005-ci ildə bu rəqəm 5 olubsa, 2020-ci ildə 4 olub. O cümlədən insan alverçilərinin sayı 2005-ci ildə 1, 2020-ci ildə isə 21 olub. 2005-ci ildə insan alveri qurbanlarının sayı 1, 2020-ci ildə isə 94 olub. Ümumilikdə, 2005-2020-ci illərdə insan alveri qurbanlarının ümumi sayı 1070 olub.

Xəbər lenti
0