Türkiyədə müalicə alan Vətən müharibəsi qazisi vəfat edib

© Sputnik / Murad OrujovVətən Müharibəsi qazilərinə pulsuz tibbi yardımlar göstərilir
Vətən Müharibəsi qazilərinə pulsuz tibbi yardımlar göstərilir - Sputnik Azərbaycan, 1920, 29.07.2021
Abunə olmaq
Baş leytenant Cahangirli Habil Həzər oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub.

BAKI, 29 iyul — Sputnik. Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepe Universitetinin xəstəxanasında dünyasını dəyişib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib. Bildirilib ki, mərhumun nəşinin Azərbaycana gətirilməsi üçün müvafiq prosedurlar həyata keçirilir.

Qeyd edək ki, baş leytenant Cahangirli Habil Həzər oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Vətən müharibəsində itkilər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyulun 14-dək dəfn edilən 2907 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 7 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Xəbər lenti
0