Mustafa Şentop: "Şuşaya aparan Zəfər yolu adı qədər möhtəşəm olacaq"

© Azerbaijan Highway State Agency«Дорогу Победы» к Шуше
«Дорогу Победы» к Шуше - Sputnik Azərbaycan, 1920, 29.07.2021
Abunə olmaq
Qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrinə baş çəkiblər, Cıdır düzündə olublar.

BAKI, 29 iyul — Sputnik. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində Cıdır düzündə olublar.

Sputnik Azərbaycan xəbər verir ki, səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini, həmçinin digər məkanları ziyarət etdikdən sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şəntop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər.

"Bakıdan Şuşaya Zəfər yolu ilə gəldik. Bu, Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etmək üçün istifadə etdiyi yoldur. Yol hələ tikilməkdədir. Müharibənin izləri hələ də canlıdır. 6 saata Şuşaya çatdıq. Bu yol bir neçə aya tamamlanacaq və adı qədər möhtəşəm olacaq", - Mustafa Şəntop öz "Twitter" səhifəsində yazıb.

Üç spiker “Bakı bəyannaməsi”ni imzalayıb

Qeyd edək ki, iyulun 27-i Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi”ni imzalanıb. Sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysəri imzalayıb.
Görüşün yekun sənədi olaraq "Bakı bəyannaməsi"nin imzalanması nəzərdə tutulub. Bundan başqa, iyulun 28-də Türkiyə Böyük Millət Məclisi sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib ki, bu tədbirin keçirilməsi tarixi hadisədir və tarixdə öz yerini tutacaq.

O bildirib ki, üç ölkə arasında mövcud olan münasibətlər qardaşlıq əlaqələrinin etimadına söykənir: "Bu əlaqələrin günümüzə qədər gəlib çıxması təqdirəlayiq haldır. Bugünkü görüş hər üç xalqın bir-birinə yaxınlaşması zərurətinin bariz nümunəsidir".

S.Qafarova qeyd edib ki, Türkiyə və Pakistanın milli maraqları ilə bağlı məsələlərdə hər iki ölkənin mövqeləri ayrı-ayrı platformalarda daim dəstəklənib və bundan sonra da dəstəklənəcək: "Bugünkü görüş dövlətlərimiz arasında olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfəsini vermiş olacaq və xalqların daha yaxınlaşmasına kömək edəcək".

Həmçinin oxuyun: 

* "Bakı bəyannaməsi" imzalandı

Ceyhun Bayramov Mustafa Şentopla görüşüb

* Polad Bülbüloğlu: RF-in Qarabağdakı missiyasının vaxtının uzadılması haqda danışmaq tezdir

 

Xəbər lenti
0