CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti məhkəməyə verilib

© Photo : Day.azXalq artisti Leyla Şıxlinskaya
Xalq artisti Leyla Şıxlinskaya - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
Leyla Şıxlinskaya məhkəməyə verilib, hazırda Kənan Hüseynovun hakimliyi ilə işə Bakı Kommersiya Məhkəməsində baxılır.

BAKI, 28 iyul — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycanın məşhur kino aktrisası Leyla Şıxlinskayanı məhkəməyə verib.

Sputnik Azərbaycan "Report"a isinadən xəbər verir ki, iddiaya səbəb vergi öhdəlikləri üzrə mübahisələrdir. Hazırda Kənan Hüseynovun hakimliyi ilə işə Bakı Kommersiya Məhkəməsində baxılır.

Xatırladaq ki, L.Şıxlinskaya Azərbaycanda lentə alınmış 10-dan çox filmə çəkilib, "Xalq artisti" adına layiq görülüb.

O, incəsənətlə yanaşı, uzun illər sahibkarlıq fəaliyyəti ilə də məşğul olub, 1999-2018-ci illərdə adına olan özəl klinikaya rəhbərlik edib.

Xəbər lenti
0