CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkədə narkotiki təbliğ edən musiqili videolar yayanlar saxlanılıb

© AFP 2024 / FRED DUFOUR Мужчина в наручниках в полицейском участке, фото из архива
 Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları rayon ərazisində metamfetamin adlanan  narkotik tərkibli  maddəni üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Nurlan Muxtarovu saxlayıblar

BAKI, 28 iyul — Sputnik. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında “TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nəticədə Baş İdarə və ərazi polis orqanları tərəfindən həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub. Baş İdarənin əməkdaşları tərəfindən “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 6 nəfər – Nuri Şahin, Cuma Məmmədov, Mirdamət Qasımlı, Emil Xanəliyev,Tərlan Zeynalov və Türkanə Abdullazadə qısa zamanda saxlanılıblar. Türkanə Abdullazadədən əlavə olaraq 10 qrama yaxın marixuana da aşkar olunaraq götürülüb. Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin “TikTok” sosial şəbəkəsində paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib.

Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəməyə göndərilib.

Daha bir "patı" əməliyyatı

Daxili İşlər Nazirliyi tərəfindən narkotiklərlə mübarizə üçün əməliyyat keçirilib.

Günün ilk yarısının xronikasına nəzər yetirək:

Polis Xızıda qanunsuz olaraq narkotik vasitə saxlayan şəxsi saxlayıb

Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində metamfetamin adlanan  narkotik tərkibli  maddəni üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Nurlan Muxtarov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə  Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Nurlan Muxtarovun üzərinə baxış keçirilən zaman  “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəssi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Ağdaş sakinində “patı” və tramadol aşkarlanıb

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının  əldə etdikləri  məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Murad Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı həmin şəxsdən metamfetamin (“patı”) aşkarlanıb.Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin idarə etdiyi “Volkswagen” markalı avtomobilə də baxış keçirilib. Nəqliyyat vasitəsindən güclü təsiredici xüsusiyyətə malik  50 ədəd “Tramadol” həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Şabranda qanunsuz olaraq narkotik tərkibli maddələri saxlayan dəstə saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakinləri Ayaz Yaqubov, Anar Vəliyev və Ramin Atakişiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə  Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Yaqubovun yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı çətənə bitkiləri, evin zirzəmisindən isə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana və kustar üsulla hazırlanmış heroin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Bundan başqa, A.Yaqubovun evində qonaq olmuş Şabran rayon sakini Anar Vəliyevin üzərinə baxış zamanı tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Bununla yanaşı A.Yaqubovun evində qonaq olmuş Şabran rayon sakini Ramin Atakişiyevin yaşadığı evə keçirilmiş baxış zamanı çətənə (kannabis) bitkisi və isə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, DİN tərəfindən ötən günlərdə də narkotiklərlə mübarizə məqsədi ilə bu cür əməliyyatlar həyata keçirilib.

Xəbər lenti
0