Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ombudsman sərhəddə baş verən gərginliklə bağlı narahatlığını bildirib

© Photo : Ombudsman's Office of AzerbaijanAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Ermənistan tərəfinin dövlət sərhədində atəşkəsə məhəl qoymaması və iriçaplı silahlardan istifadə etməsi isə həmin ölkənin nəinki sülhyaratma prosesinə etinasız yanaşdığını, həmçinin bu prosesə ciddi maneə törətdiyini bir daha sübut edir.

BAKI, 28 iyul - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan-Azərbaycan dövlət sərhədində bir neçə gündür müşahidə olunan gərginliklə bağlı bəyanat yayıb.

Ombudsman Aparatından daxil olan bəyanatda deyilir:

“Ermənistan Silahlı Qüvvələrinin atəş açması nəticəsində Azərbaycan tərəfinin hərbi qulluqçuları arasında həlak olan və yaralananlar olub. Ötən gecədən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin yenidən dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində gərginliyi artırmaq cəhdlərini davam etdirməsi, insanların xəsarət alması halları bizi ciddi narahat edir.

Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsə məhəl qoymaması və iriçaplı silahlardan istifadə etməsi isə həmin ölkənin nəinki sülhyaratma prosesinə etinasız yanaşdığını, həmçinin bu prosesə ciddi maneə törətdiyini bir daha sübut edir.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə təhdidlər qəbuledilməzdir. Tərəfimizdən mütəmadi olaraq beynəlxalq hüququn tələblərinin xatırladılması və insan hüquqlarına hörmət edilməsi məqsədilə edilmiş çağırışlara baxmayaraq, Ermənistan tərəfi bölgədə sülh və birgəyaşayış şərtlərinə hörmətsizlik nümayiş etdirir.

Bir daha Ermənistan tərəfini insanların həyat və sağlamlığının qorunması, dinc birgəyaşayışın təmin olunması üçün səylər göstərməyə, beynəlxalq ictimaiyyəti isə bu istiqamətdə zəruri çağırışlar etməyə dəvət edirik”.

Azərbaycan-Ermənistan dövlət sərhədindəki gərginləşmə

09:57

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmışdır.

Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

05:05

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. 

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Həmçinin oxuyun:

Azərbaycan XİN Ermənistanla sərhəddəki durumla bağlı bəyanat yayıb

MN: Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə...

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала