CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava şəraitinin pisləşməsi ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib

© pixabay / enriquelopezgarreDənizdə dalğalar, arxiv şəkli
Dənizdə dalğalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.07.2021
Abunə olmaq
Küləkli hava şəraiti ilə əlaqədar nəzərə çatdırılıb ki, gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

BAKI, 27 iyul — Sputnik. Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.

ASCO-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 27-si axşam saatlarından Xəzər dəniz akvatoriyasında Şimal-Qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4, sonrakı inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır.

Küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

Bundan başqa, nəzərə çatdırılıb ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar və fırtına gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.

Qeyd edək ki, ötən gün Milli Hidrometeorologiya Xidmətinin məlumatında iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi ilə bağlı proqnoz verilib.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

Eləcə də oxuyun:

Xəbər lenti
0