Serbiya Zəngəzur dəhlizindən faydalanmaqda maraqlıdır - Nazir

© SputnikТрасса Ереван-Мегри
Трасса Ереван-Мегри - Sputnik Azərbaycan, 1920, 27.07.2021
Abunə olmaq
Sahil Babayev bu dəhlizin Ermənistan üçün də faydalı olacağını söyləyib.Sahil Babayev bu dəhlizin Ermənistan üçün də faydalı olacağını söyləyib.

BAKI, 27 iyul — Sputnik. "Naxçıvan MR-nı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi regionun inkişafı üçün geniş imkanlar açacaq. Prezident İlham Əliyev bu dəhlizin tezliklə açılacağını elan edib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilmiş Azərbaycan-Serbiya biznes forumunun bağlanış mərasimində bildirib.

"Zəngəzur dəhlizi biznes fəaliyyəti üçün böyük potensial deməkdir: "Bu dəhliz Ermənistan üçün də faydalı olacaq. Əgər onlar bu istiqamətdə düzgün qərar qəbul edə bilsələr, dəhlizdən faydalanacaqlar. Çünki Zəngəzur dəhlizi Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirəcək", - deyə o qeyd edib.

Bundan başqa, nazir bildirib ki, Serbiya Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır:

"Bu dəhliz nəqliyyat-logistika baxımından regionda böyük dəyişikliklərə səbəb olacaq, yeni imkanlar, perspektivlər açacaq. Serbiya da bu imkanlardan bəhrələnməkdə maraqlıdır".

Eləcə də oxuyun: 

* Nazir: Azərbaycan Serbiya ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Xəbər lenti
0