Prezident bu şəxslərə “Şərəf” ordeni verdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества
Президент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества - Sputnik Azərbaycan, 1920, 26.07.2021
Abunə olmaq
İlham Əliyev millət vəkili Eldar Quliyev və Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev barədə sərəncam imzalayıb.

BAKI, 26 iyul — Sputnik. Prezident İlham Əliyev millət vəkili Eldar Quliyev barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Eldar Quliyev Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, bu gün deputatın 70 yaşı tamam olub.

Eldar Quliyev Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə II, III, IV, V və VI çağırış üzvü olub. Hazırda Milli Məclisin Hesablayıcı Komissiyasının sədridir. 2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçilib, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunub.

18 iyul 2011-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunub.

Prezident İlham Əliyev Milix Yevdayev barədə də sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədridir. O, 2016-cı il 25 iyul tarixində ölkə başçısı tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub. 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Xəbər lenti
0