Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda koronavirusa yoluxanlar arasında riskli yaş qrupu açıqlanıb

© AFP 2023 / BIJU BOROПерсонал скорой помощи отдыхает на скамейке в Индии
Персонал скорой помощи отдыхает на скамейке в Индии - Sputnik Azərbaycan, 1920, 26.07.2021
Abunə olmaq
Azərbaycanda 30-39 yaşlı əhali arasında koronavirusa yoluxma 21 faizə yüksəlib, 50-59 yaş aralığında olanlar arasında isə yoluxma 18 faizdir.

BAKI, 26 iyul — Sputnik. Azərbaycanda koronavirusa yoluxanlar arasında yaş kateqoriyası açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə koronavirusinfo.az saytında bildirilib. Saytın məlumatına görə, yoluxmalar arasında yaş senzi 30-39 arasındadır. Bu yaş arası şəxslər ümumi yoluxanların 21 faizini təşkil edir. 50-59 yaş aralığında olanlar arasında isə yoluxma 18 faizdir. 20-29 yaşlılar arasında yoluxma 16 faiz, 40-49 və 60-69 yaşlılar arasında yoluxma isə 15 faiz təşkil edir.

Yaşı 70 və daha yuxarı olanlar arasında virusa yoluxma hallarına daha az rast gəlinib. Belə ki, indiyə qədər 70-79 yaşlı şəxslər arasında yoluxma 4 faiz, yaşı 80 və daha çox olanlar arasında yoluxma isə 2 faiz təşkil edib. COVID-19-a yoluxma azyaşlılar arasında da qeydə alınıb. 0-9 yaş aralığında yoluxma 3 faiz, 10-19 yaş aralığında yoluxma isə 6 faiz təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Həmçinin oxuyun:

* Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı növbəti qərarı açıqlandı

* Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

Xəbər lenti
0