BAKI, 25 iyul - Sputnik. Tesla elektrokarının avtopilotu Ayı işıqforun sarı işığı kimi qəbul edir. Sputnik Azərbaycan bildirir ki, bu xəta barədə avtomobil sahiblərindən biri Cordan Nelson özünün Twitter səhifəsində yazıb.
Sosial şəbəkədə yerləşdirilən videoçarxdan görünür ki, müstəqil hərəkət sistemi Yerin təbii peykini işıqforla səhv salır. Bununla bağlı nəqliyyat vasitəsi sürətini azaldır.
Avtomobilin məlumat displeyində isə müntəzəm olaraq yaxınlaşmaqda olan sarı işıqlı işıqfor nişanı peyda olur.
"İşıqfor" səbəbindən əyləc sistemi işə düşür, hətta sistem maşını dayandırmağa çalışır, bir neçə saniyə sonra isə nişan itir.
Bir müddət öncə İlon Mask etiraf etmişdi ki, yaratdığı Tesla ona çox əziyyətlər verib: Teslanın ən ağır dövrlərində o yuyunmaq və evdə istirahət etməyə vaxt tapmayıb, günlərlə zavodda gecələyib.
Eləcə də oxuyun:
-
İlon Maskın peyk internetinin sürəti rekord vurub
-
NASA İlon Maskın Ay modulu müqaviləsini dayandırıb
-
Bazarda bircə ay duruş gətirmədi. Tesla ucuz avtomobilin satışını dayandırdı