SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ruhani İran parlamentini sanksiyaların ləğvi məsələsini ləngitməkdə günahlandırıb

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidПрезидент Ирана Хасан Рухани, фото из архива
Президент Ирана Хасан Рухани, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.07.2021
Abunə olmaq
On gündən sonra vəzifədən gedəcək İran İslam Respublikasının lideri qanunverici hakimiyyətə qarşı sərt çıxış edib.

BAKI, 25 iyul - Sputnik. İranın vəzifə müddətini başa vurmaqda olan prezidenti Həsən Ruhani parlamenti ölkəyə qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasına mane olmaqda günahlandırıb.

İranın Tasnim agentliyi məlumat yayıb ki, İran parlamentinin rəyasət heyəti İran və ABŞ hökumətləri arasında birbaşa danışıqların keçirilməsinin məhdudlaşdırılması barədə qanun layihəsini nəzərdən keçirir. Qanun layihəsinə əsasən, hökumət danışıqların mövzusunu parlamentlə razılaşdırmalı və onun icazəsini almalıdır.

"Əgər biz keçmiş ABŞ prezidenti Donald Trampın hökuməti zamanında sanksiyaların qaldırılması üzrə hansısa addım atmaq istəsə idik, bu barədə qərarı bütün hakimiyyət sistemi qəbul etməli idi. Hökumət təkbaşına bunu edə bilməz, İran parlamentinin qərarları isə sanksiyaların qaldırılması prosesinə mane olurdu", - Ruhanı bəyan edib.

ABŞ və İran arasında münasibətlər 40 il əvvəl pozulub. Həmin vaxtdan etibarən Vaşinqton mütəmadi olaraq İrana qarşı ticarət-iqtisadi sanksiyalar tətbiq edir. 2005-2013-cü illərdə vəziyyət daha da kəskinləşib, həmin vaxt İranda nüvə proqramının tammiqyaslı inkişafı başlayıb. Bu, İran maliyyə sektoruna qarşı yeni sanksiyaların tətbiqinə gətirib. Nəticədə İran iqtisadiyyatı iflas həddinə çatıb.

Vəziyyət 2015-ci ildə sabitləşib. Həmin vaxt Böyük Britaniya, Almaniya, Rusiya, Çin ABŞ, Fransa və İran Birgə hərtərəfli hərəkət planına imza atıblar. Sənədə əsasən, İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyalar götürülürdü. Lakin 2018-ci ilin mayında ABŞ birtərəfli qaydada müqaviləni tərk edərək sərt sanksiyaları bərpa etdi. 

Hazırda Vyanada Birgə hərtərəfli hərəkət planın bərpası üzrə danışıqlar gedir. 

İyunun 18-də İranda keçirilmiş prezident seçkilərində İbrahim Rəisi 61,9% səslə qalib gəlib. Onun andiçmə mərasimi avqustun 5-də keçirilməlidir.

Həmçinin oxuyun:

Bayden İrana qarşı sanksiyaların ləğvi barədə

Avropa Parlamenti İrana qarşı qərarnamə qəbul edib

Politoloq: “İrana qarşı sanksiyalar ən effektiv metoddur”

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Xəbər lenti
0