BAKI, 24 - iyul - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş imtahanlardan narazılıqlara dair açıqlama verib.
"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq", - deyə nazir sosial şəbəkə hesabında qeyd edib.
O əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, imtahanda iştirak edən müəllimlər sosial şəbəkələrdə xüsusilə ədəbiyyatdan verilən sualların məzmunundan, ümumilikdə isə suallar üçün az vaxt ayrılmasından şikayət ediblər.
Eləcə də oxuyun:
-
Müəllim imtahan suallarını zaldan çıxarmağa cəhd etdi, nəticəsi görün nə oldu
-
Təhsil Nazirliyinin saytından hansı arayışları almaq olar