BAKI, 24 iyul — Sputnik. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Şəki şəhərində şəhid ailələri üçün 1-ci maarifləndirici tur-aksiya keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirə ölkənin ayrı-ayrı rayonlarından olan 20 şəhid ailəsi dəvət edilib. Onlar üç gün ərzində Şəkidəki “Karvansaray” oteldə qalacaq, rayonun tarixi abidələri və qədim adət-ənənələri ilə tanış olacaqlar.
Maarifləndirici tur-aksiyada şəhid ailələri başda olmaqla Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkili Vüqar İsgəndərov, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri iştirak ediblər.
Çıxış edənlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb, vurğulayıblar ki, şəhid ailələrinə diqqət yönümündə bu cür mənəvi dəstək ruhlu maarifləndirici tur-aksiyaların keçirilməsi olduqca vacibdir.
"Şəhid ailələrinə diqqət və qayğı yönümündə bu cür maarifləndirici tur-aksiyanı həyata keçirməkdə əsas məqsəd otuz il həsrətini çəkdiyimiz tarixi, əbədi, əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq müqəddəs şəhidlik zirvəsinə ucalmış şəhid və şəhidlərimizin ailələri üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən görülən uğurlu işlərə ictimai təkan olmaqla yanaşı, mənəvi dəstək verməkdir", - İB-nin layihələr üzrə koordinatoru Məhəmməd Məmmədov qeyd edib.
Qurum rəsmisi onu da bildirib ki, Birlik tərəfindən şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarına ictimai, sosial, mənəvi dəstək yönümlü layihə və tədbirlər gələcəkdə də uğurla davam etdiriləcək.
Eləcə də oxuyun:
-
Şəhid ailələri üzvlərinə və qazilərə nazirlikdə iş şansı
-
Müharibə və pandemiya dövründə nə qədər adama psixoloji xidmət göstərilib
-
İlham Əliyev şəhid olmuş jurnalistlərin ailələrinə mənzil verdi