CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səfərbərlik Xidmətinin polkovniki barədə materiallar Hərbi Prokurorluğa göndərilib

© Sputnik / Rahim MuradovSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv  - Sputnik Azərbaycan, 1920, 24.07.2021
Abunə olmaq
Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 24 iyul - Sputnik. Ehtiyatda olan polkovnik Vüsal Babayev 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Səbail rayon idarəsində Xidmətin özü tərəfindən keçirilən yoxlamalarda vəzifəsindən kənarlaşdırılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, yoxlamalar zamanı xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

"Onun xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Baş Prokurorluqdan bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Eləcə də oxuyun:

  • Azərbaycanda hərbi hissə rəhbərliyini şantaj edən reket qrupu həbs edildi

  • Ermənilər Azərbaycan hökumətinə təşəkkür etdilər: Məhkəmə qərarını verdi

  • Hərbi Prokurorluqdan Azərbaycan ordusunun baş leytenantının intiharı barədə açıqlama

Xəbər lenti
0