Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rəşad Nəbiyev: “Yeni avtomobillər daşımaların səmərəliliyi və sürətini artıracaq”

© Sputnik / Murad OrujovМероприятие в рамках деловой миссий российских компаний под эгидой АО "РОСЭКСИМБАНК" в Баку
Мероприятие в рамках деловой миссий российских компаний под эгидой АО РОСЭКСИМБАНК в Баку - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib ki, işğal edilmiş ərazilərin azad edilməsindən sonra biz yeni reallıqlarla qarşılaşdıq
Rəşad Nəbiyev: “Tez bir zamanda yeni nəqliyyat dəhlizləri açılacaq”

“Azərbaycan və Rusiyanın işgüzar münasibətləri biznes iştirakçılar üçün yeni imkanlar açır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev “Rusiya şirkətlərinin işgüzar missiyası” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə həm sərnişin, həm də yük daşımaları sahəsində münasibətləri inkişaf etdirir: “2020-ci il ərzində Rusiya ilə yükdaşımaların artımını 8 milyon ton səviyyəsində saxlamaq mümkün oldu. Bundan başqa, işğal edilmiş ərazilərin azad edilməsindən sonra biz yeni reallıqlarla qarşılaşdıq. Artıq tez bir zamanda yeni nəqliyyat dəhlizləri açılacaq ki, bu da təkcə Rusiya ilə Azərbaycanın deyil, bütün regionun yük dövriyyəsinin artımına xidmət edəcək. Yük dövriyyəsinin müsvət dinamikası Azərbaycanın avtoparkının yenilənməsinə də kömək edəcək. Bugünkü gün Azərbaycanda yük avtomobillərinin 85 faizi yaşı 10-15 ildən çoxdur. Yeni avtomobillər daşımaların səmərəliliyi və sürətini artıracaq, yeni istiqamətlər və yeni iştirakçılar cəlb edəcək".

Rəşad Nəbiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0