Prezident İlham Əliyev Çin liderinə başsağlığı verib

© © China Daily via REUTERSМужчина несет женщину на спине по затопленной дороге в Чжэнчжоу, Китай
Мужчина несет женщину на спине по затопленной дороге в Чжэнчжоу, Китай  - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
Henan əyalətində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.

BAKI, 23 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, mətndə bildirilir:

"Hörmətli cənab Sədr,

Henan əyalətində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Qeyd edək ki, Çinin mərkəzi Henan əyalətindəki daşqınlardan ölənlərin sayı 33-ə çatıb, 256 mindən çox insan təhlükəsiz bölgələrə köçürülüb və 3 milyondan çox insan fəlakət zonasındadır.

Bundan əvvəl bildirilirdi ki, vilayətin inzibati mərkəzi olan Çjençjoy şəhərində 25 nəfər həyatını itirib, Qunqi şəhərində isə 4 nəfər təbii fəlakətin qurbanı olub.

Xəbər lenti
0