BAKI, 23 iyul — Sputnik. Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamları ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, həmçinin Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Prezident İrfan Şakir oğlu Davudovu Azərbaycan Respublikasının Malayziyada, Kamil Tacid oğlu Xasiyevi isə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Prezidentin sərəncamı ilə Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
Həmçinin oxuyun: