CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğuzun 60-dən çox sakini zəhərləndi - kimsə səbəbini bilmir

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
Oğuzda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

BAKI, 23 iyul — Sputnik. Oğuzda 50-dən çox şəxs zəhərlənib, sakinlər mədə-bağırsaq pozulması, qusma ilə bağlı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sputnik Azərbaycan-ın xəbərinə görə, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır: "Oğuzda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Yaranmış vəziyyətlə bağlı Oğuz Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Zümrüd Zəkəryəyeva Sputnik Azərbaycan-a bildirib ki, son 3 gün ərzində Oğuz Rayon Mərkəzi Xəstəxanasına 60-dan çox müraciət daxil olub. Onların da əksəriyyəti yeniyetmələrdir: 

"Bu 60 nəfərdən artıq müraciət edənlərə 1-15 yaş arası uşaqlar və böyüklər də daxildir. Şikayətlər qusma, ishal, ürəkbulanma, mədə-bağırsaq ağrıları və halsızlıqdır. Bəzilərində temperatur müşahidə edilir, bəzilərində yox".

Zümrüd Zəkəryəyevanın sözlərinə görə, xəstələrə simptomatik yardımlar edilib. Amma xəstəliyin səbəbini tampaq mümkün olmayıb. Kütləvi zəhərlənmə ehtimalı isə yoxdur. Çünki, müraciətlər eyni vaxtda yox, 3 gün ərzində edilib. Həm də xəstəxənaya gələnlər bir-birini tanımır və heç bir məclisdə birlikdə olmayıblar.

"Zəhərlənmənin hansı səbəbdən baş veridiyini xəstələrin özləri də bilmir. Qəflətən baş verir. Adətən gecə saatlarında bizə müraciətlər olur. Səbəbini aydınlaşdıra bilmirik. Bu səbəbdən də aidiyyəti orqanlara müraciət etmişik. Onlar iş aparırlar", - Zəkəryəyeva deyib.

Analizlər əsasında araşdırma aparan Oğuz MRX rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib. Mərkəzin həkim-epidemioloqu Xuraman Abbasova da araşdırmaların davam etdiyini deyib: 

"Rayon Mərkəzi Xəstəxanasının müraciətinə əsasən xəstəxanada olduq, araşdırma apardıq. Tezliklə bu xəstəliyin hansı səbəbdən yaranmasını araşdırıb lazımi məlumatı verəcəyik".

Xəstəxanada müalicə alan yeniyetmə Cəmilə Rüstəmzadə də halının qəfildən pisləşdiyini deyib.

"Axşamdan halım pisləşdi. Ürəkbulanma, ishal və qusma oldu. Axşamdan təcili şöbəyə gəldik. Sistem filan vurdular. Vəziyyətimin niyə elə olduğunu demədilər. İndi bir az yaxşıyam, amma bir cavab verən yoxdur. Heç özüm də bilmədim nədən oldu".

Rayon sakini Səbirə Ağasıyeva da övladının sözügedən əlamətlərlə xəstəxanada müalicə aldığını və bu vəziyyətə hansı səbəbdən düşdüyünü bilmədiyini deyib.

"Oğlumun dünən halı pisləşdi, pis oldu. Halsızlıq, baş ağrısı, ürəkbulanma əmələ gəldi. Xəstəxənaya gətirdim, əllərindən gələni elədilər. Şükr Allaha, indi yaxşıdır", - o, əlavə edib. 

Eləcə də oxuyun:

Xəbər lenti
0