Azərbaycanda erməni dilində yeni hərbi sayt fəaliyyətə başlayıb

CC BY 2.0 / US Mission Geneva / Girl on computerДевушка за компьютером, фото из архива
Девушка за компьютером, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
Hazırda yalnız erməni dilində fəaliyyət göstərən saytın yaxın vaxtlarda Azərbaycan dilində versiyası da oxuculara təqdim olunacaq.

BAKI, 23 iyul — Sputnik. Azərbaycanda erməni dilində yeni hərbi sayt fəaliyyətə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Zinvor.info adlı saytın yaradılmasında məqsəd hərbi məsələlərə dair dəqiq məlumat və təhlilləri erməni dilli oxuculara çatdırmaqdır.

Saytda Prezident İlham Əliyevin müharibə vaxtı və sonrasında səsləndirdiyi tarixi bəyanatlar, Qarabağ müharibəsi, Zəngəzur məsələsi, Zəngəzur dəhlizi barədə tarixi və siyasi analizlər, müharibə dövründə Azərbaycan Ordusunun qəhrəmanlığı barədə məlumatlar dərc olunur.

Saytda həmçinin Azərbaycan Ordusunun müharibə zamanı göstərdiyi şücaət barədə videoxronika da təqdim olunub.

Qeyd edək ki, hazırda zinvor.info saytı erməni dilində fəaliyyət göstərir. Yaxın vaxtlarda onun Azərbaycan dilində versiyası da oxuculara təqdim olunacaq.

Həmçinin oxuyun: 

* Bakıda erməni dilini öyrənmək istəyənlər üçün dərs vəsaiti buraxılıb

Əsərlərini azərbaycanca yazan erməni şair

Xəbər lenti
0