Ermənilər Azərbaycan hökumətinə təşəkkür etdilər: Məhkəmə qərarını verdi

© AFP 2021 / STEPHANE DE SAKUTINЗал суда, фото из архива
Зал суда, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Prokuror təqsirləndirilən şəxslərin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etsə də, hakim onları 6 illik həbslə cəzalandırıb.

BAKI, 23 iyul — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının ərazisinə gizli yollarla qanunsuz keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvlərinə hökm oxunub.

Hökmə əsasən, cinayətkar silahlı birləşmənin üzvlərinin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə bildirilib ki, təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, daha sonra Azərbaycan Respublikası hüdudlarından çıxarılsın.

12:45

Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan edilməsindən sonra Azərbaycan Respublikasının ərazisinə gizli yollarla qanunsuz keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı cinayət işi üzrə iyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə bu cinayət işi üzrə təqsirləndirilən şəxslər – Karapetyan Rafik, Qolayan Qurgen, Tadevosyan Hrayr, Maloyan Vaqarşak, Yerğiazaryan Sasun, Vardanyan Arsen, Bahrekyan Vahagen, Soğomanyan Setrak, Dilanyan Arman, Martoyan Manuk, Anbardanyan Vels, Mikaelyan Andranik, Qriqoryan Feliksin terror-təxribat cinayətləri ilə bağlı cinayət işinə baxılır.

İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2020-ci il dekabrın 13-də keçirilmiş antiterror əməliyyatı nəticəsində tərk-silah edilmiş üzvləri barəsində cinayət işinin istintaqı DTX-nin İstintaq Baş İdarəsində aparılıb.

Ermənilər nədə ittiham edilirlər

İstintaqla müəyyənləşdirilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci il noyabrın 26-27-də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq dekabrın 13-dək olan müddətdə ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etdikləri, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Bu faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və digərləri də daxil olmaqla, ümumilikdə daha 13 təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.

7 illlik cəza istəyi və təşəkkür

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələrdə təqsirli bilinmələrini və onların hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Dövlət ittihamçısı çıxışında qeyd edib ki, ittiham olunan şəxslərin cəzaları başa çatandan sonra Azərbaycan hüdudlarından çıxarılsın.

Daha sonra prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.

Onlar çıxışında Azərbaycan hökümətinə, Azərbaycanın məhkəmə sisteminə və proses iştirakçılarına təşəkkür ediblər.

Hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала