“Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır”. Bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
Politoloq Fikrət Sadıxov prezidentlərin görüşünü Sputnik Azərbaycan-a şərh edib.
Politoloq bildirib ki, bu səfər zamanı şox mühim və hər iki tərəfin maraqlarına cavab verən məsələlər müzakirə olunub: “Qeyd etmək lazımdır ki, bu səfər ermənilərin təxribatları fonunda baş tutdu. Bu baxımdan burada Rusiyanın rolu və iştirakı kifayət qədər önəmlidir. Təsadüfi deyil ki, prezident İlham Əliyev də Rusiya prezidenti ilə görüşündə bunu xüsusi olaraq qeyd etdi. Rusiya maraqlıdır ki, regionda sülh və əminəmanlıq yaransın. Təbii ki, bunun üçün də Ermənistana müəyyən təzyiqlər edilməlidir”.
Fikrət Sadıxovun geniş şərhinə audofaylda qulaq asa bilərsiniz