Çində saatda 600 kilometrə qədər sürət yığa bilən qatar istifadəyə verilib

© REUTERS / CHINA STRINGER NETWORKСкоростной поезд проезжает мимо цветущих деревьев у Великой Китайской стены, Пекин
Скоростной поезд проезжает мимо цветущих деревьев у Великой Китайской стены, Пекин - Sputnik Azərbaycan, 1920, 21.07.2021
Abunə olmaq
Çin sürətli dəmir yollarının inşası üzrə dünyada liderdir və 2020-ci ilin sonunda ölkədə dünyanın ən uzun dəmiryolu şəbəkəsinin ümumi uzunluğu 37.9 min kilometr olub.

BAKI, 21 iyul - Sputnik. Çində ilk maqnit levitasiya qatarı istifadəyə verilib.

Sputnik Azərbaycan xəbər verir ki, saatda 600 kilometrə qədər sürət yığa bilən qatar ilk hərəkətini Çinin şərqindəki Şandonq əyalətinin Qinqdao şəhərinə edib.

Xinhua agentliyinin məlumatına görə, yeni qatarın modeli tamamilə ÇXR mütəxəssisləri tərəfindən hazırlanıb, sınaqlara isə 2020-ci ilin iyununda başlanılıb. Maqnetik levitasiya qatarı təkərlər ilə relslər arasında sürtünmənin olmaması səbəbindən daha az səs-küy salır. Minimum dönmə radiusu metro qatarlarının dönmə radiusunun yarısıdır.

Qeyd etmək lazımdır ki, Çin sürətli dəmir yollarının inşası üzrə dünyada liderdir və 2020-ci ilin sonunda ölkədə dünyanın ən uzun dəmiryolu şəbəkəsinin ümumi uzunluğu 37.9 min kilometr olub.

Xəbər lenti
0