CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan, 1920, 21.07.2021
Abunə olmaq
Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul olunmuş bakalavrlar üçün müəyyən mənada güzəştli addım atıb.

BAKI, 21 iyul - Sputnik. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrların qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, 21 iyul səhər saatlarına olan məlumata əsasən 8941 (83%) bakalavr müraciətini sistemə daxil edib.

Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61%) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

“Bakalavrların nəzərinə çatdırırıq ki, qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb. Bakalavrlar https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər. Qeyd edək ki, məlum olduğu kimi ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı portal.edu.az platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır. Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər”, - deyə qeyd olunub.

Xəbər lenti
0