BAKI, 21 iyul - Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Avropa onun ölkəsinə, eləcə də Rusiya və Çinə qarşı üçüncü dünya müharibəsinə səbəb olacaq hibrid müharibə planlaşdırır.
"Bizə, Rusiyaya və hətta Çinə qarşı hibrid müharibə hədəfləyən avropalılar, təkcə güclü gərginlik ocağı yaratmırlar, həm də üçüncü dünya müharibəsinə doğru itələyirlər.", - deyə Lukaşenko Sky News Arabia-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qərb dövlətlərinin Belarusun daxili işlərinə qarışması, ölkədə çevrilişə cəhd etməsi əvvəl-axır qlobal miqyaslı müharibə ilə nəticələnəcək. Bu müharibənin əsas iştirakçıları isə Belarus, Rusiya və Çin olacaq.
Belarus prezidenti əlavə edib ki, Avropa dövlətlərini ittiham edərkən o, sadə avropalıları deyil, "ağılsız siyasətçiləri" nəzərdə tutur və günahı onlarda görür.
"ABŞ və Qərbi Avropa ölkələri arasındakı münasibətlər metropol və müstəmləkə arasındakı münasibətlərdir", - deyə Lukaşenko Qərbi Avropa ölkələrinin Vaşinqtonun siyasətinin girovuna çevrildiyini vurğulayıb.