QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlk "ağıllı" kənddə ilk qurban

© AR Ministry of AgricultureTədbir zamanı
Tədbir zamanı - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Abunə olmaq
Ağalı sakinlərinin 28 il sonra öz kəndlərinə gəlişi Qurban bayramına təsadüf edib. Kənd sakinləri bu il niyyət etdikləri qurbanları Ağalının mərkəzi meydanında kəsiblər.

BAKI, 20 iyul — Sputnik. Zəngilanın Ağalı kənd sakinləri “Ağıllı kənd”də aparılan işlərlə tanış olub, öz yurdlarında qurban kəsiblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bir qrup Ağalı kənd sakini öz doğma kəndlərinə gələrək burada görülən işlərlə tanış olublar. Azad edilmiş ərazilərdə salınan ilk “Ağıllı kənd”in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar tezliklə kəndə qayıtmaq, burada həmişəlik yaşamaq niyyətində olduqlarını bildiriblər. 

Ağalı sakinlərinin 28 il sonra öz kəndlərinə gəlişi Qurban bayramına təsadüf edib. Kənd sakinləri bu il niyyət etdikləri qurbanları Ağalının mərkəzi meydanında kəsiblər. 

© AR Ministry of AgricultureZəngilanda "Ağıllı kənd"
İlk ağıllı kənddə ilk qurban - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Zəngilanda "Ağıllı kənd"

Qurbanlıqlar kəsildikdən sonra sakinlər daha bir arzularına çatıblar. Onlar doğma yurdlarında ilk dəfə yemək bişirib, süfrə açıb, Qurban bayramını qeyd ediblər.

Sakinlərə “Ağıllı kənd”in mahiyyəti, layihə şərçivəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, burada salınan "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Sakinlər tezliklə öz yurdlarına qayıtmaq niyyətində olduqlarını, azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində həvəslə iştirak edəcəklərini bildiriblər.

Kənd icra nümayəndəsi Gəray Hüseynov qeyd edib ki, Ağalı sakinləri sevinc hissi ilə öz kəndlərinə qayıtmağa hazırlaşırlar:

“Ağalı camaatı əhd etmişdi ki, torpaqlarımız işğaldan azad olunsun, gəlib öz qurbanlarımızı kəndimizdə kəsək. Şükürlər olsun ki, bu bizə nəsib oldu, camaatımız istəklərinə nail oldu. Sakinlərimiz Cocuq Mərcanlıdan bura qədər göz yaşı tökərək gəliblər, amma bu, sevinc göz yaşları idi. Onlar gələn kimi ilk olaraq əyilib bu torpaqdan öpdülər. Dedilər, şükürlər olsun ki, biz bu gün Ağalı kəndinə qayıtmışıq. Onlar gəlib bu layihəni görəndən sonra, bu evləri görəndən sonra sevinclərinin həddi-hüdudu olmadı”.
© AR Ministry of AgricultureTədbir zamanı
İlk ağıllı kənddə ilk qurban - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Tədbir zamanı

Qeyd edək ki, “Ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Kənd sakini Firəngiz Səlimova kənddə aparılan tikinti-quruculuq işlərindən çox razı qaldığını deyib: “Burada bizim üçün gözəl şərait yaradırlar. Bizim üşün gözəl evlər tikirlər. Hər bir şərait yaradılır. Zəhməti keçənlərin hər birinə təşəkkür edirəm. Minnətdarıq ki, əziyyətimizi şəkib bizi kəndimizə gətiriblər. Həm də Qurban bayramı günü. Bizim üçün bundan gözəl nə ola bilər? Bayram günü bizə çox gözəl töhfədir”.

Kənd sakini Famil Mirzəyev həmyerlilərinin hamısının “Ağıllı kənd” layihəsi uğurla başa çatdıqdan sonra kəndə köçmək niyyətində olduğunu bildirir:

“Dünyanın gözü bu kənddə, “Ağıllı kənd” layihəsində olacaq. Bu gün Qurban bayramıdır, bayram ərəfəsində gəlmişik, Qurban bayramını öz kəndimizdə qeyd edirik. Şəhid ailələinin qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik”. 
© AR Ministry of AgricultureTədbir zamanı
İlk ağıllı kənddə ilk qurban - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Tədbir zamanı

Qeyd edək ki, aprelin 26-da Zəngilan rayonunu Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulub. Bununla da ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.

Eləcə də oxuyun:

 

Xəbər lenti
0