Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya aviasiya sahəsində maraqlı olan bütün ölkələrlə əməkdaşlığa hazırdır - Putin

© Sputnik / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin MAKS-2021 aviasalounun açlışında, 20 iyul 2021-ci il
Rusiya prezidenti Vladimir Putin MAKS-2021 aviasalounun açlışında, 20 iyul 2021-ci il - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Abunə olmaq
15-ci MAKS aviakosmik salonunun açılışında Vladimir Putin vurğulayıb ki, Rusiya bütün maraqlı ölkələrlə aviasiya və kosmonavtika sahəsində əməkdaşlığa hazırdır.

BAKI, 20 iyul - Sputnik. MAKS-2021 aviakosmik salonunda müqavilələrin imzalanması kooperasiya və birgə layihələr üçün geniş imkanlar açır.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı, iyulun 20-də MAKS-2021 aviakosmik salonunun açılışında söyləyib.

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin MAKS-2021 aviasalounun açlışında, 20 iyul 2021-ci il
Rusiya aviasiya sahəsində maraqlı olan bütün ölkələrlə əməkdaşlığa hazırdır - Putin - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Rusiya prezidenti Vladimir Putin MAKS-2021 aviasalounun açlışında, 20 iyul 2021-ci il

Ən son texnologiyaların nümayişində vacib platforma

“Burada aviatikintinin gələcəyi haqda canlı müzakirələr aparılır, ənənəvi olaraq maraqlı uçuş proqramı təqdim olunur, müqavilələrin bağlanması isə kooperasiya və qarşılıqlı sərfəli layihələrin reallaşdırılması üçün imkanlar yaradır”, - Rusiya lideri çıxışında söyləyib.

O qeyd edib ki, MAKS mövcudluğu ərzində yerli və xarici aviasiyanın ən son nailiyyətlərinin nümayişi ücün vacib meydançalardan birinə çevrilib.

Putin deyib ki, MAKS, koronavirus pandemiyasına rəğmən, bu il beynəlxalq statusunu qoruyub saxlaya bilib.

O qeyd edib ki, bu il tədbirə dünyanın 50 ölkəsindən 250-dən çox xarici şirkət maraq göstərib.

Rusiya əməkdaşlığa hazırdır

Vladimir Putin vurğulayıb ki, Rusiya bütün maraqlı ölkələrlə aviasiya və kosmonavtika sahəsində əməkdaşlığa hazırdır.

“Əlbəttə, Rusiya kosmonavtika və aviasiya sahəsində maraqlı olan bütün ölkələrlə əməkdaşlığa hazırdır. Uçuş təhlükəsizliyinin artırılması, aviasiyanın ətraf mühitə neqativ təsirinin azaldılması, Yerətrafı fəzanın öyrənilməsi – yeni nailiyyətlərin əldə olunması üçün müxtəlif ölkələrin alimlərinin, konstruktorlarının, digər mütəxəssislərinin birləşməli olduğu sahələr bunlardır”, - Putin söyləyib.

O, həmçinin qeyd edib ki, Rusiya Qazaxıstan və AİB-in digər ölkələri ilə aviatikinti sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Müasir perspektivli layihələrdən danışarkən Putin qeyd edib ki, Qazaxıstanda “Mi” ailəsindən olan vertolyotlar yığılır, Roskosmosun xətti ilə müştərək “Bayterek” layihəsi hazırlanır. Sonuncu əfsanəvi Baykonur kosmodromundan fəzaya ekoloji təmiz daşıyıcı raket vasitəsilə kosmik aparatların çlxarılması üçün təşkilati-texniki qurğunun yaradılmasına hədəflənib.

Aviasiyanın gələcəyi

Rusiya lideri aviasiyanın gələcəyi barədə fikirlərini də bölüşüb.

“MAKS gələcəyə istiqamətlənib, gələcək isə pilotsuz uçuş aparatları, robotlaşdırılmış komplekslər, aviasiyada süni intellektin istifadəsi ilə gələcək”, - Prezident deyib.

O deyib ki, Rusiya aviasiyası böyük potensiala malikdir və aviatikinti sahəsi müasir texnika yaratmaqda davam edir.

“Jukovskidə görüklərimiz Rusiyanın böyük inkişaf potensialına malik olduğunun, aviatikinti sahəsinin isə yeni, rəqabətədavamlı aviasiya texnikası yaratdığının sübutudur. Yerli aviaşirkətlər müasir Superjet laynerləri alırlar, yaxın vaxtlarda ən yeni magistral təyyarəsi MC-21 trasa çıxmalıdır. Hazırkı aviasalonda ilk dəfə onun yerli ПД-14 mühərrikli modifikasiyası nümayiş olunur”, - V.Putin bildirib.

Birmühərrikli yüngül qırıcı

Rusiya Prezidenti MAKS-2021-də “Suxoy” konserninin ən yeni, yüngül, birmühərrikli taktiki qırıcısı, eləcə də digər aviasiya texnikası nümunələri ilə tanış olub.

“Suxoy” qırıcısı Rusiyada ilk beşinci nəsil çoxhədəfli, birmühərrikli təyyarədir. Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitri Şuqayev RİA Novosti-yə bildirib ki, bu təyyarə qabaqcıl texniki xarakteristikalara -  yüksək  uçuş keyfiyyətləri, geniş zərbə və kəşfiyyat imkanları,  ən yeni radioelektron bort avadanlığı, aşağı radiolokasiya nəzərəçarpanlığına malikdir.

MAKS-2021

Jukovski aerodromundakı aviasalon iyulun 20-də başlayıb və iyulun 25-dək davam edəcək. Bu il pandemiya səbəbindən MAKS-2021-də iştirak etmək istəyənlər üçün müəyyən məhdudiyyətlər tətbiq olunub. Sərgiyə yalnız vaksinin vurulması barədə QR-kod, yaxud da mənfi PZR testi nəticəsi ilə girmək olar.

Eləcə də oxuyun:

 

Xəbər lenti
0