18:54 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
© Ruptly

Təyyarə tikintisində və kosmik sahədə son yeniliklər Rusiyada start götürən nəhəng aviasalonda nümayiş olunacaq. Açılış mərasiminin necə keçdiyini videoda izləyin.

Beynəlxalq MAKS-2021 aviakosmik salonu çərşənbə axşamı, iyulun 20-də Moskva ətrafındakı Jukovski aerodromunda fəaliyyətə başlayır. Sputnik Azərbaycan-ın məlumatına görə, altı gün davam edəcək aviasalon ziyarətçilər üçün iyulun 21-dən açıq olacaq.

Ən dolğun uçuş proqramı aviasalonun ilk gününə planlaşdırılıb. İyulun 20-də “prezident üçün nümayiş”də tamaşaçılar Су-57 və МиГ-35 qırıcılarının, Ка-226 və Ми-171 vertolyotlarının, mülki SSJ100 və МС-21-310 təyyarələrinin uçuş və pilotajını izləyəcəklər.

Nümayişin sonunda Rusiya Hərbi Kosmik Qüvvələri təyyarələri qrup uçuşu keçirəcəklər. Proqramın ümumi sürəyinin 55 dəqiqə olacağı gözlənilir.

Rusiya Prezidenti Vladimir Putin iyulun 20-də 15-ci aviasiya-kosmik MAKS salonunun açılışını edəcək. Bu barədə Kreml məlumat yayıb.

Bildirilir ki, o, ölkədə istehsal olunan aviatexnikanın qabaqcıl nümunələrinə baxış keçirəcək.

Bu il pandemiya səbəbindən MAKS-2021-də iştirak etmək istəyənlər üçün müəyyən məhdudiyyətlər tətbiq olunub. Sərgiyə yalnız vaksinin vurulması barədə QR-kod, yaxud da mənfi PZR testi nəticəsi ilə girmək olar.

 

Digər videolar

Əsas mövzular