BAKI, 19 iyul - Sputnik. Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Kortejdə olan 50-DE-500 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə nəqliyyat vasitəsini yol kənarında dayanmış "Mercedes-Benz" markalı avtomobilə çırpıb. Sonra isə BMW-nin sürücüsü yol kənarında təmizlik işləri aparan, 1956-cı il təvəllüdlü Xəlilova Rəxşəndə Xeyrulla qızını vurub. Ağır bədən xəsarətləri alan 65 yaşlı qadın təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Eləcə də oxuyun:
-
Toydan çıxan gənclər qəzaya düşdülər, ölən var
-
Təhlükəsizlik kəmərindən, dönmə işıqlarından istifadə etməyən 30 sürücü cəzalandırıldı
-
İsmayıllıda toy yasa döndü: bəyin bıçaqlanma xəbərini eşidən ata vəfat etdi