BAKI, 19 iyul — Sputnik. Huawei şirkəti Qazaxıstanın ən iri telekommunikasiya operatoru olan "Kazaxtelekom" ASC-yə 4T4R baza stansiyalarını tədarük edib. Onların köməyi ilə Mərkəzi Asiyada internetə ilk fiksə olunmuş radiointerfeys vasitəsilə (FWA) simsiz giriş şəbəkəsi işə düşüb. Bu barədə RİA Novosti Huawei-ə istinadən məlumat yayıb.
Şəbəkə dünyada özəl ev təsərrüfatlarına genişzolaqlı giriş xismətləri vermək üçün 2300 MHz ayrılmış diapazonunda işləyən ilk FWA şəbəkələrindəndir.
4T4R stansiyaları fiksə olunmuş FWA abonentləri üçün böyük şəbəkə həcmini və gələcəkdə bir neçə daşıyıcının birləşdirilməsi imkanlarını təmin edir.
FWA şəbəkəsinin yayılması texnologiyası qismində LTE texnologiyası seçilib. Bu texnologiya 2300 MHz diapazonunda radiotezliklərin istifadə olunmasının daha yüksək effektivliyini təmin edir, həmçinin şəbəkənin bazasında SIM-based xidmətləri təqdim etməyə imkan yaradır.
"Biz 20 MHz enində ayrılmış radiotezlik diapazonundan istifadə edirik, yəni, bu sırf fiksə edilmiş simsiz giriş abonentləri üçün tam ayrılmış FWA şəbəkəsidir. Bundan əlavə, biz IP breakout adlandırılan yanaşmanı tətbiq etmişik - bizim həllimizdə FWA abonentləri üçün internet şəbəkəsinə ayrılmış PGW qoşulmasından istifadə olunur". Bu isə "Kazaxtelekom"un innovasiyalar üzrə baş direktoru Nurlan Meyrmanovun fikirləridir.
Huawei Technologies Kazakhstan-ın baş direktorunun müavini Syuy Feyin qeyd etdiyinə görə, "Kazaxtelekom"un layihəsi simli giriş şəbəkəsi olmayan özəl sektorun əhatə olunması məsələsini həll etmək istəyən digər fiksə edilmiş operatorlar üçün yaxşı nümunədir. "Üstəlik bu şəbəkə kiçik modernləşmə həyata keçirildikdən sonra 5G texnologiyasına keçidə hazır olacaq, bu isə şəbəkənin tutumunu artırmağa və eMBB xidmətləri təqdim etməyə imkan verəcək", - o əlavə edib.