Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Balarəhim Quliyev: “Altı ay ərzində 91 ton yararsız ət məhv edilib”

© Photo : REPORTAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev - Sputnik Azərbaycan, 1920, 19.07.2021
Abunə olmaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev bildirib ki, qida məhsullarının ölkəyə idxalı zamanı da ət və ət məhsullarının təhlükəsizliyinə dair nəzarət tədbirləri həyata keçirilir
Balarəhim Quliyev: “Tələblərə əməl etməyən sahibkarkar barəsində zəruri tədbirlər görülür”

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir, qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi sahəsində mövcud tələblərə əməl etməyən sahibkarkar barəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülür”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev leş əti satılması iddialarına münasibət bildirərkən “Azərbaycan” qəzetinə bildirib.

“Agentlik fəaliyyətə başladığı gündən digər aidiyyəti qurumlar ilə birgə aparılan nəzarət tədbirləri zamanı qidaya yararsız, mənşəyi məlum olmayan, xəstə, ölmüş və ya aqoniya halında kəsilmiş mal və at ətlərinin tədarükü ilə məşğul olan şəxslər yaxalanmış, onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Qida məhsullarının ölkəyə idxalı zamanı da ət və ət məhsullarının təhlükəsizliyinə dair nəzarət tədbirləri həyata keçirilir. 2021-ci ilin 6 ayı ərzində aparılmış nəzarət tədbirləri zamanı istifadəyə yararsız 91,63 ton ət və ət məhsulları agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib”, - sədr müavini qeyd edib.

Balarəhim Quliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0