Çindən daha bir "ilk": veterinar meymun virusundan öldü

CC0 / TheDigitalArtist / MonkeyДетеныши обезьян, фото из архива
Детеныши обезьян, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Abunə olmaq
İlk dəfə 1932-ci ildə aşkar edilmiş virus meymunla birbaşa kontakt və ya orqnizmlərin ifrazatlarının mübadiləsi zamanı yoluxa bilər.

BAKI, 18 iyul - Sputnik. Çində ilk dəfə olaraq B meymun virusundan insanın ölməsi faktı qeydə alınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Qeyd olunur ki, vəfat edin 53 yaşlı Pekin sakini, veterinardır. Martın əvvəlində o, özünün primatlar üzərində tədqiqat işi çərçivəsində iki ölü meymunu yarıb. Bir ay sonra onda ürəkbulanma, qusma və titrətmə yaranıb. Kişi mayın 27-də keçinib.

Onun ölümünü tədqiq edənlər belə nəticəyə gəliblər ki, kişi B meymun virusuna (BV) yoluxub. Əvvəllər Çində bu infeksiyadan ölüm halı, hətta kliniki aşkar yoluxma halı da qeydə alınmayıb.

Qeyd olunur ki, veterinarın yaxınları da test olunublar, ancaq onlarda meymun virusu aşkarlanmayıb.

1932-ci ildə aşkar edilmiş virus meymunla birbaşa kontakt və ya orqnizmlərin ifrazatlarının mübadiləsi zamanı yoluxa bilər. Bu virusdan ölüm göstəricisi 70-80 faizdir. Artıq Çində veterinarları qorumaq üçün laboratoriya əntərlərinə nəzarətin gücləndirilməsinə çağırışlar edilir.

Koronavirus da Çindən yayıldı

Xatırladaq ki, hazırda, demək olar ki, bütüm dünyanı cənginə alan koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Çind virusun yarasalardan insanlara keçdiyi iddia olunsa da, heç də hamı bu versiya ilə razılaşmır.

Eləcə də oxuyun:

 

Xəbər lenti
0