Qərb qonşumuzda koronavirus tüğyan edir: bir sutkada 1200-dən çox yoluxma

© Sputnik / Stringer / Mediabanka keçidВ Грузии возобновлено железнодорожное сообщение
В Грузии возобновлено железнодорожное сообщение - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Abunə olmaq
Son 24 saat ərzində Gürcüstanda koronavirusdan 13 nəfər vəfat edib. Ölkənin kovid klinikalarımndan 1701 nəfər sağalaraq ev yazılıb.

BAKI, 18 iyul - Sputnik. Gürcüstanda son sutka ərzində 1286 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, COVID-19 xəstəliyindən 13 nəfər vəfat edib.

Sputnik Gürcüstan xəbər verir ki, rəsmi StopCov saytının məlumatına görə, pandemiya başlayandan ölkədə 387481 yoluxma faktı aşkarlanıb.

 

Son 24 saat ərzində kovid klinikalarını artıq sağalmış 1701 nəfər tərk edib. Pandemiya başlayandan 369019 xəstə sağalıb, 5551 nəfər isə həyatını itirib.

Sutka ərzində 24446 test, o cümlədən 11351 antigen və 13096 PZR testi aparılıb.

Gürcüstanda 353835 nəfər vaskin olunub, son sutkada 8501 nəfər peyvənd vurdurub. 

Hazırda 65 nəfər karantindədir, stasionarda 4291 nəfər müalicə alır, 1088 nəfər isə kovid mehmanxanalara yerləşdirilib.

Gürcüstanda ilk koronavirusa yoluxma halı 2020-ci il fevralın 26-da qeydə alınıb. Qərb qonşumuz koronavirus tədbirləri sayəsində yoluxmanın az olduğuna görə uzun müddət dünya ölkələrinə nümunə sayılırdı. 

Eləcə də oxuyun:

 

Xəbər lenti
0