FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Almaniyada daşqınlar səbəbi ilə neft sızıntısı baş verib

Abunə olmaq
Onlarla yaşayış evinə ciddi zərər dəyib. Təbii fəlakətin baş verdiyi ərazidə qatarların hərəkəti dayandırılıb, avtomobil trasları bağlanıb. Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib.

BAKI, 18 iyul — Sputnik. Almaniyanın daşqınlardan əziyyət çəkən bölgəsində neft sızması baş verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bild tabloidi Şimali Reyn-Vestfaliya torpağında yerləşən Köln şəhərinin rəhbərliyinə istinadən məlumat yayıb.

Daşqın nəticəsində Hükesvagen şəhərinin ətrafındakı müəssisələr su altında qalıb və neft və digər maddələrin sızıntısı baş verib. Hazırda mütəxəssislər su və havadan nümunələr götürürlər.

Güman edilir ki, çirklənmiş su yerli su anbarına da düşüb. Hazırda orada çimmək, suya dalmaq, balıq tutmaq və qayıqla gəzintiyə çıxmaq qadağan olunub.

 

---------

10:39

Almaniyada daşqınlar səbəbindən həyatını itirənlərin sayı 156 nəfərə çatıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Bild" tabloidi xəbər verir.

Bazar günü Koblents polis idarəsindən məlumat gəlib ki, Reynland-Pfalts torpağında daha 12 nəfər ölüb və beləliklə, qurbanların sayı 110-a çatıb.

Şənbə axşamına olan məlumata görə isə, Şimali Reyn-Vestfaliya torpağında 45, Bavariyanın Berxtesqaden rayonunda isə bir nəfər ölüb.

Çərşənbə günü başlayan güclü leysan Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya torpaqlarındakı yaşayış məntəqələrində daşqınlara səbəb olub. Fəlakət nəticəsində körpü və yollar dağılıb, elektrik xətləri qırılıb.

Şənbəyə keçən gecə Yuxarı Bavariya inzibati dairəsində daşqın və torpaq sürüşməsinə görə fövqəladə vəziyyət elan edilib. Eləcə də Almaniya ilə Çexiyanın sərhədindəki Sakson İsveçrəsində də daşqınlar yaşayış məntəqələrini təcrid edib, dəmiryollarında hərəkət iflic olub. Almaniya hökuməti vəziyyəti "gərgin, ancaq idarəolunan" kimi dəyərləndirib.

 

---------------

17.07.2021

12:10

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.

"Avropanın qərbindəki ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada daşqın qurbanlarına başsağlığı veririk. Yağışın dağıdıcı nəticələrinin aradan qaldırılmasında hər iki ölkə Almaniya və Belçika ilə birlikdəyik", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində yazılıb. 

11:21

Çox sayda ölən var, yüzlərlə insanın taleyindən xəbər yoxdur

Almaniyada şiddətli sel daşqınları nəticəsində 133 nəfər ölüb, 1300-dən çox adam itkin düşmüş hesab olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bild"-ə istinadən xəbər verir.

Qeyd olunur ki, 43 nəfər Şimali Reyn – Vestfaliya, daha 90 nəfər isə Reynald-Pfaltz torpağında sel qurbanı olub.

"Təəssüflər olsun ki, bu rəqəmlərin artma ehtimalı var", - deyə polis nümayəndəsi bildirib.

Hazırda Almaniyada dağıntıların aradan qaldırılması işləri aparılır. Hərbçilər də bu prosesə cəlb olunub. Onlarla yaşayış evinə ciddi zərər dəyib. Təbii fəlakətin baş verdiyi ərazidə qatarların hərəkəti dayandırılıb, avtomobil trasları bağlanıb.

Belçikada da sel daşqınları nəticəsində 20 nəfər ölüb.

Türkiyədə yağan yağışlar çayların daşması ilə nəticələnib.  Belə ki, Türkiyənin Rize vilayətində baş verən sel zamanı ölənlərin sayı 7 nəfərə çatıb. Təbii fəlakət nəticəsində, həmçinin 13 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.

Ümumilikdə Avropada sel daşqınları 153 can alıb.  

© REUTERS / WOLFGANG RATTAYAlmaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
Знак «Стоп» рядом с затопленным районом в Роландзеке, Германия - Sputnik Azərbaycan
1/13
Almaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
© AFP 2023 / Christof StacheAlmaniyanın Bad Noyenar şəhərində dağıntılar arasında dayanıb cütlük.
Пара обнимаются, стоя среди обломков, в городе Бад-Нойенар-Арвайлер, Германия  - Sputnik Azərbaycan
2/13
Almaniyanın Bad Noyenar şəhərində dağıntılar arasında dayanıb cütlük.
© AFP 2023 / Bernd LauterAlmaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
Последствия вызванного сильными дождями наводнения в западной Германии - Sputnik Azərbaycan
3/13
Almaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
© REUTERS / THILO SCHMUELGENAlmaniyanın Erftstadt şəhərində yağan yağışlardan sonra velosipedçi su basan bir küçəsində.
Велосипедист проезжает по затопленной улице после проливных дождей в Эрфтштадте, Германия - Sputnik Azərbaycan
4/13
Almaniyanın Erftstadt şəhərində yağan yağışlardan sonra velosipedçi su basan bir küçəsində.
© REUTERS / THILO SCHMUELGENAlmaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
Грузовики на затопленной улице после проливных дождей в Эрфтштадте, Германия - Sputnik Azərbaycan
5/13
Almaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
© REUTERS / Thilo SchmuelgenAlmaniyanın Erftstadt şəhərində insanlar qum torbaları yığırlar.
Люди собирают мешки с песком в Эрфтштадте, Германия - Sputnik Azərbaycan
6/13
Almaniyanın Erftstadt şəhərində insanlar qum torbaları yığırlar.
© REUTERS / YVES HERMANBelçikanın Pepinster şəhərində iti olan qadın.
Женщина с собакой на по территории, пострадавшей от наводнения после проливных дождей, в Пепинстере, Бельгия. - Sputnik Azərbaycan
7/13
Belçikanın Pepinster şəhərində iti olan qadın.
© REUTERS / YVES HERMANBelçika, Pepensterdə güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
Последствия вызванного сильными дождями наводнения в Пепенстере, Бельгия - Sputnik Azərbaycan
8/13
Belçika, Pepensterdə güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
© REUTERS / THILO SCHMUELGENAlmaniyanın Erftştadt şəhərində su basmış avtomobillər.
Последствия вызванного сильными дождями наводнения в Эрфтштадте, Германия - Sputnik Azərbaycan
9/13
Almaniyanın Erftştadt şəhərində su basmış avtomobillər.
© REUTERS / YVES HERMANBelçika, Pepensterdə güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
Последствия вызванного сильными дождями наводнения в Пепенстере, Бельгия - Sputnik Azərbaycan
10/13
Belçika, Pepensterdə güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
© REUTERS / THILO SCHMUELGENAlmaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
Спасатели в Эрфтштадте, Германия - Sputnik Azərbaycan
11/13
Almaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.
© REUTERS / EVA PLEVIERHollandiyanın Gelle şəhərində su basmış evin mənzərəsi.
Вид  затопленнего дома в Гелле, Нидерланды - Sputnik Azərbaycan
12/13
Hollandiyanın Gelle şəhərində su basmış evin mənzərəsi.
© REUTERS / Wolfgang RattayAlmaniyanın Bad Noyenar şəhərində güclü yağışlardan sonra tullantılar.
Мусор после проливных дождей в Бад-Нойенар-Арвайлере, Германия  - Sputnik Azərbaycan
13/13
Almaniyanın Bad Noyenar şəhərində güclü yağışlardan sonra tullantılar.
Xəbər lenti
0