SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Türkiyə və Bolqarıstanla hərbi sazişləri təsdiqlədi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev İtaliyanın Rai-1 kanalına müsahibə verib
İlham Əliyev İtaliyanın Rai-1 kanalına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
Sənədə əsasən, 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi" təsdiq edilib.

BAKI, 17 iyul — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi"nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi" təsdiq edilib.

Sənədlə bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Bundan əlavə, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmanla "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında" 2021-ci il martın 11-də Sofiya şəhərində və mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Hökumətinə bildiriş göndərəcək.

Xəbər lenti
0