Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ÜDM istehsalı 2,1 faiz artıb

© Sputnik / Murad OrujovКупюра номиналом в 200 AZN, фото из архива
Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 5,1 faiz artıb.

BAKI, 17 iyul — Sputnik. 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal (ÜDM) olunub.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 5,1 faiz artıb.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3987,6 manata bərabər olub.

2021-ci ilin yanvar-may aylarında ÜDM istehsalı

Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında ölkədə 31 milyard 532,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb.

ÜDM istehsalının 41,2 faizi sənaye, 10,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3150,6 manata bərabər olub.

Xəbər lenti
0