Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Bu, qaza tələbatın artmasına təkan verib”

© Photo : ARB TVİqtisadçı ekspert Eldəniz Əmirov
İqtisadçı ekspert Eldəniz Əmirov - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, dünyanın aparıcı ölklərində, xüsusən də Avropada iqtisadiyyatın müxtəlif sahələrində genişlənmənin baş verməsi təbii olaraq enerji resurslarına tələbatı artırıb
Eldəniz Əmirov: “Enerji resursları içərisində təbii qaza olan tələbat daha yüksəkdir”

Bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 072,4 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,5% çoxdur.

Sputnik Azərbaycan qaz ixracındakı kəskin artımın səbəblərini araşdırıb. Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu kəskin artımın əsas səbəblərindən biri post-pandemiya dövründə dünya iqtisadiyyatında aktivliyin yüksəlməsidir: “Dünyanın aparıcı ölkələrində, xüsusən də Avropada iqtisadiyyatın müxtəlif sahələrində genişlənmənin baş verməsi təbii olaraq enerji resurslarına tələbatı artırıb. Enerji resursları içərisində təbii qaza olan tələbat daha yüksəkdir. Bu gün elektrik enerjisi istehsal edən istilik elektrik stansiyalarında daha çox qazdan istifadə edilir. Bu da öz növbəsində statistik göstəricilərdə qaza tələbatın artmasına təkan verib. Digər bir maraqlı məqam isə odur ki, son 4-5 ildə müşahidə olunur ki, aprel ayında həm qiymət artımı, həm də ixrac edilmiş qazın həcmində artım daha dinamik baş verir”.

Eldəniz Əmirovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0