Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ “Şimal Axını 2” layihəsinə niyə qarşıdır? – İlham Şaban danışır

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Baydenin rəhbərlik etdiyi ABŞ-da “Şimal Axını” layihəsinə münasibət əvvəlki administrasiyaların mövqeyindən fərqlənmir
İlham Şaban: “Layihə ortaya çıxdığı andan etibarən ABŞ bunun əleyhinə çıxış edib”

“ABŞ hesab edir ki, “Şimal Axını 2” qaz kəməri Ukrayna və Avropanın enerji təhlükəsizliyini təhdid edir”. Bunu Ukraynada səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın “Şimal Axını 2” layihəsinə qarşı olmasının bir neçə səbəbi var: “Baydenin rəhbərlik etdiyi ABŞ-da “Şimal Axını” layihəsinə münasibət əvvəlki administrasiyaların mövqeyindən fərqlənmir. Layihə ortaya çıxdığı andan etibarən ABŞ bunun əleyhinə çıxış edib. Rusiya bu layihəni reallaşdırmaqla ancaq bir ölkəyə bağlanmış olacaq. Bu Avropa parlamentinin 2005-ci ildə təsiqlədiyi şaxələndirmə siyasətinə ziddir. Həmçinin 2014-cü ildə Ukrayna və Rusiya arasında yaşananlardan sonra ABŞ iki ayağını bir başmağa keçirərək bu layihənin əleyhinə çıxır”.

İlham Şabanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0