Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hollivud ulduzları ilə işləyən fotoqraf bu dəfə Samiri çəkib

© Photo : Instagram / samirbagirovliveСамир Багиров
Самир Багиров - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Bölgələrimizdən birində lentə alınan şəkilləri Maluma, Becky G, Prins Roys kimi Hollivud ulduzları ilə çalışan əslən azərbaycanlı olan dünya şöhrətli fotoqraf Nika Vəkilova çəkib.

BAKI, 15 iyul — Sputnik. Müğənni Samir Bağırov uzun müddətdən sonra şou-biznesə qayıdır. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi yeni layihəsi ilə bağlı obyektiv qarşısına keçərək fotosessiya etdirib.

Bölgələrimizdən birində lentə alınan şəkilləri Maluma, Becky G, Prins Roys kimi Hollivud ulduzları ilə çalışan əslən azərbaycanlı olan dünya şöhrətli fotoqraf Nika Vəkilova çəkib. Samir Bağırovun müxtəlif obrazları üzərində isə məşhur modelyer Günay Bornak çalışıb.

İfaçı özünün "Instagram" hesabında onu sevənləri tezliklə maraqlı layihələrin gözlədiyini bildirib.

Azərbaycanın populyar estrada müğənnisi Samir Bağırov müasir estradanın yaradıcılarından biri hesab olunur. Müğənni daima qeyri-adi görünüşü ilə fərqlənib. İlk dəfə Teymur Mirzoyevin rəhbərlik etdiyi "Qaya" dövlət orkestrində işləməyə başlayıb. 1988-ci ildə "Bakı payızı" müsabiqəsində laureat olub. Müsabiqədən sonra musiqi təhsilini davam etdirir. Samir burada yalnız vokal dərsləri deyil, həmçinin səhnə maneraları,rəqslər və səhnədə necə geyinmək lazım olduğunu öyrənir.

1991-ci ildə keçirilmiş "Yalta-91" müsabiqəsində Samir Bağırov ikinci yerə layiq görülüb. Bu müsabiqədə o, Rəşid Behbudovun repertuarından "Sevgilim" mahnısını səsləndirir. Qaliblərin konsertində isə o, Vitni Hyustonun repertuarından "All at once" nəğməsi ilə çıxış edir. Yaltada keçirilən müsabiqədən sonra məşhur rus bəstəkarı İqor Krutoy Samirə "Маленькое Кафе" və "Отзовись" mahnılarını bəstələyir. Hər iki mahnı "Pervıy kanal" və RTR kimi kanalların "Utrennaya Pocht", "Pesnya Goda", "Hit Parad Ostankino" və "Wider Circle" tele-konsertlerində ifa olunur.

1992-ci lidə "Otzovis" mahnısı "Mayak" radiosunun keçirdiyi müsabiqədə 5-ci yeri tutub və MDB-in 10 ən məşhur mahnısından biri olub. Məhz bu uğurlardan sonra Alla Puqaçovanın yaratdığı teatrdan Samir Bağırova təklif gəlir. Lakin bir il sonra həmin teart dağılır və Samir Polad Bülbüloğlunun xahişi ilə vətənə qayıdır. 2000-ci ildə "Best multi-genres singer" mükafatını qazanan Samir Bağırov yaradıcılığı boyu müxtəlif musiqi janrlarına müraciət edib. Xüsusilə pop, caz, pop rock, soul, R&B, flamenco və Yeni Çağ (New age) janrlarında mahnılar səsləndirib.

Xəbər lenti
0