Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

Abunə olmaq
Mayın 18-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyev və azərbaycanlı həmkarı ilə görüşlər keçirib.

BAKI, 15 iyul — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair" Müqavilənin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair" 2021-ci il mayın 18-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiqlənib.

Qeyd edək ki, iyulun 9-u Milli Məclisin keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair" müqavilənin təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb. Həmin qanuna görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair" 2021-ci il mayın 18-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.

Sənəddə məxfi informasiyanın istifadəsi və işlənilməsi şərtləri və digər məqamlar öz əksini tapıb.

Deputatlar çıxış edərək sənədin əhəmiyyətini və vacibliyini diqqətə çatdırıb, Azərbaycan-Belarus arasında dostluq münasibətlərindən bəhs ediblər. Deputatlar vurğulayıblar ki, Belarus ilə əlaqələr bütün sahələrdə inkişaf etməlidir.

Sənəd müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, mayın 18-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyev və azərbaycanlı həmkarı ilə görüşlər keçirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovla keçirilən görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonda Z.Həsənov və V.Xrenin əməkdaşlıq sənədi imzalayıblar.

Xəbər lenti
0