Sabahın havası: Abşeron çimərlikləri isti, lakin küləkli olacaq

© AP Photo / Anupam NathBuludlu hava, arxiv şəkli
Buludlu hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
TSN Milli Hidrometeorologiya Xidməti çimərlik üçün hava şəraitini də açıqlayıb.TSN Milli Hidrometeorologiya Xidməti çimərlik üçün hava şəraitini də açıqlayıb.

BAKI, 14 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. ETSN Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti, Bakıda gecə 23-25 isti, gündüz 30-32 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən iyulun 15-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti, gündüz 20-25 dərəcə isti olacaq.

Xəbər lenti
0