Yaxın gələcəkdə İranla Azərbaycan arasında dənizçilik üzrə anlaşma imzalanacaq. Bunu İranın "Khazar" Gəmiçilik Şirkətinin icra direktoru Davud Təfti deyib.
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, Ələt limanın modernləşdirilib istifadəyə verilməsindən sonra dənzi yüklərinin qəbulu üçün kifayət qədər müasir infrastruktur qurulub: “Bunun vasitəsilə Xəzəryanı ölkələrin dəniz ticarətinin canlanması mümkündür. Azərbaycan ölkəni logistik mərkəzə çevirmək üçün bir çox layihələri reallaşdırıb. Bunun tərkib hissəsi kimi dəniz ticarətindən daha geniş istifadə edilməsi nəzərdə tutulur. Dəniz nəqliyyatı nisbətən ucuz olduğundan gələcəkdə yeni logistik istiqamətlərdə yükdaşımaların olacağı ehtimalı yüksəkdir və Bakı limanı bunun üçün əlverişlidir”.
Natiq Cəfərlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz