BAKI, 13 iyul — Sputnik. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əhaliyə müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və miqrasiya xidmətlərinin göstərilməsi ilə bağlı hər hansı sual, məsələ, narahatlıq, rastlaşdığınız, eşitdiyiniz çətinlik, problem, davranış, irad, təklif, cavabsız qalan şərh və ya mesajlar barədə bildirməyi xahiş edib:
"Fikirləriniz xidmətlərimizin, fəaliyyətimizin təkmilləşdirilməsi üçün vacibdir", - deyə V. Hüseynov qeyd edib.
Qeyd edək ki, Vüsal Hüseynov Azərbaycanda "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayım edərək vətəndaşların problemlərini cavablandıran ilk məmurlardandır. Xidmət rəisi ona sosial şəbəkə üzərindən ünvanlanmış müraciət, şikayət və təkliflərə də cavab yazır.